Azərbaycan hokkeyində tarixi uğur: “Baku Flames” Daşkənddə fəxri  kürsüyə çıxdı! - FOTO
338
15:42, Bu gün

Azərbaycan hokkeyində tarixi uğur: “Baku Flames” Daşkənddə fəxri  kürsüyə çıxdı! - FOTO

Moderator.az xəbər verir ki,Bakının “Baku Flames”hokkey komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Tashkent Hockey Cup 2026” turnirində gümüş medallar qazanıb.
 
Özbəkistanın ev sahibliyi etdiyi beynəlxalq turinir 2-3 may tarixlərində keçirilib. Turnir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək regionda hokkeyin inkişafı üçün mühüm platforma olub.
 
Turnirdə iştirak edən əsas komandalar bunlardır: Baku Flames (Bakı, Azərbaycan), Tashkent Capitals (Daşkənd, Özbəkistan), Sherdor (Səmərqənd, Özbəkistan), Galaxy Knights (Dubay, BƏƏ).
2023-cü ildə təsis olunmuş həvəskar “Baku Flames” hokkey  komandası Azərbaycanı layiqincə təmsil edərək yüksək hazırlıq səviyyəsi, komanda ruhu və qələbə əzmi nümayiş etdirib. Gərgin və rəqabətli mübarizə nəticəsində komanda ikinci yeri tutaraq gümüş medallara sahib olub. Final oyununun qalibi isə Özbəkistanın “Tashkent Capitals” komandası olub.
 
Qeyd edək ki, komandanın əsas məqsədləri Azərbaycanda hokkeyin populyarlaşdırılması, həmçinin uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təşviqidir. Turnir ərzində oyunçular keyfiyyətli və baxımlı hokkey nümayiş etdirərək güclü rəqiblərə qarşı inamla mübarizə aparıblar. Beynəlxalq səviyyədə keçirilən yarışda komandanın iştirak edərək gümüş medala layiq görülməsi komandanın inkişafını və qarşıya qoyduğu əsas məqsədə qısa müddət ərzində layiq olmasını bir daha təsdiqləyib.
Həmçinin bu cür turnirlərdə iştirak Azərbaycanın hokkeyinin inkişafında mühüm rol oynayır. Komandaya təcrübə toplamağa, ustalığını artırmağa və beynəlxalq hokkey mühitində mövqelərini gücləndirməyə imkan verir.Komandaya gələcək fəaliyyətində uğurlar arzu edirik!
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər