Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Moderator.az xəbər verir ki, mayın 4-dən 10-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Mayın 9-da saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Mayın 10-da saat 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası oynanılacaq. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
Mayın 8-də saat 19:00-da Azərbaycan Dövlət YUĞ Teatrının "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası Mikayıl Mikayılovun quruluşçu rejissorluğu ilə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş ediləcək.
Biletlərin qiyməti: 5-20 manat.

Mayın 9-da saat 19:00-da "Mən gəldim, qızlar...(Müharibə)" adlı tamaşa təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 8-10 AZN.

Mayın 10-da saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-12 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Mayın 7-də saat 19:00-da Oscar Uayldın "Dorian Qreyin portreti" tamaşası olacaq.
Biletlərin qiyməti: 10-50 manat.

Mayın 9-da saat 19:00-da Faiq Sücəddinov və Tamara Vəliyeva tərəfindən ərsəyə gətirilən "Mən dəyərəm min cavana" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Yusif Əkbərovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Mayın 10-da saat 19:00-da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən!.." tamaşası təqdim ediləcək.
Quruluşçu rejissor Cavid İmamverdiyevdir.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Mayın 10-da saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti 5-15 manatdır.

Heydər Əliyev Sarayında:
Mayın 9-da saat 20:00-da türk pop musiqisinin məşhur ifaçısı Rafet el Romanın konserti reallaşacaq.
Biletlərin qiyməti 45-225 manat arasında dəyişir.

/Oxu.az/