Türkiyə MN: Azərbaycanla hərbi əməkdaşlıq gücləndirilir - FOTO
1285
30 Apr 2026 | 13:48

Türkiyə MN: Azərbaycanla hərbi əməkdaşlıq gücləndirilir - FOTO

Türkiyə Quru Qoşunları komandanı ordu generalı Metin Tokel aprelin 27-28-də Azərbaycana rəsmi səfər edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat paylaşılıb.
 
"Qardaşlıq və hərbi əməkdaşlıq bağlarımız güclənməyə davam edir", - paylaşımda bildirilib.
 
Səfər çərçivəsində ordu generalı Metin Tokel Azərbaycanın müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunlarının komandanı general-leytenant Hikmət Mirzəyev, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Ersin Dinçer və Türkiyənin Azərbaycandakı Təşkilat Qrup Komandanı general-mayor Soner Oruçoğlu ilə görüşlər keçirib.
 
Bundan əlavə, türkiyəli qonaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlikləri ziyarət edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər