
Ekspertin fikrincə, konkret məsələlər üzrə İran və ABŞ arasında kəskin fikir ayrılıqları var:
“Bu xüsusi olaraq İranın nüvə proqramı ilə bağlıdır. ABŞ bundan sonrakı dövrdə də İranın dəniz limanlarının blokadasını davam etdirəcək. Bu da Vaşinqtonun İrana qarşı istifadə etdiyi ciddi “silahdır”. Yəni, ABŞ-nin əsas neft ixrac xətti Hörmuz boğazı ilə bağlıdır. Blokada davam edəcəksə, bu İran iqtisadiyyatı üçün ciddi zərbə olacaq”.
Mətin Məmmədliyə görə, İran ABŞ-yə qarşı məhz Hörmuz boğazını bağlamaqla istifadə etdi:
“İndi isə boğazın bağlanması, İran limanlarının blokadaya alınması əks arqumentə çevrilib. Yaxın zamanlarda isə ABŞ Prezidenti Donald Trampın İranın blokadasını davam etdirməklə yanaşı, ona qarşı siyasi təzyiqləri artıracağı gözlənilir. Vaşinqton çalışacaq ki, İranla indiki şərtlər daxilində öz maraqlarına uyğun hansısa razılaşma əldə edə bilsin. Bütün bunların fonunda tərəflər arasında yenidən müharibənin başlanması ehtimalı da çox yüksəkdir. Yeni müharibə tərəflərin maraqlarına uyğun olmasa da, mövqelər arasında kəskin fərqlər var. Diplomatiya işləməyəcəksə, danışıqlarda nəticə əldə olunmursa, hərbi gücdən istifadə ehtimalı artır. Gözlənilən isə odur ki, tərəflərin mümkün razılığa gəlmək ehtimalı da böyükdür”.