Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün Yasamal rayonu, Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.
Moderator.az “Qafqazinfo”ya istinadla bildirir ki, Vüqar Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin “Kamaz”a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.
O, Beyləqan şəhəri, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.
Təhsil müəssisəsindən bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.