Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI: İncikliyin SƏBƏBİ...
305
15:21, Bu gün

Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI: İncikliyin SƏBƏBİ...

Xalq artisti, kinorejissor Şeyx Əbdül ilə uzun müddətdir küsülü olduğu Xalq artisti Şəfiqə Məmmədova arasında “buzlar əriyib”. İllərlə davam edən inciklik nəhayət ki, aradan qalxıb və tərəflər barışığa doğru addım atıblar. 

Bu barədə kinorejissor özü Musavat.com-a verdiyi açıqlamasında bildirib.

Şeyx Əbdül qeyd edib ki, hazırda Bakıda müalicə alır və səhhəti ilə bağlı planlarında dəyişiklik etmək məcburiyyətində qalıb: “Moskvaya səfəri mayın 20-nə qədər təxirə salmışam. Çünki burada monoterapiya qəbul edirəm. Həkim dedi ki, bu müalicə kursu tam başa çatmadan səfərə çıxmaq düzgün deyil. Ona görə də səfərimi məhz bu səbəbdən ertələdim. Şükürlər olsun ki, vəziyyətim getdikcə yaxşılaşır. Özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Monoterapiya mənə müsbət təsir göstərir. Sağ olsunlar, dostlarım da məni unutmurlar. Kino ittifaqından tez-tez zəng edib vəziyyətimlə maraqlanırlar. Hazırda mənə çox böyük diqqət və qayğı göstərilir. Düşünürəm ki, bu diqqət Şəfiqə xanımın razılığı olmadan mümkün olmazdı”.

Kinorejissor qeyd edib ki, Şəfiqə Məmmədova ilə artıq telefon danışığı baş tutub və yaxın vaxtlarda üz-üzə görüş planlaşdırılır: “Şəfiqə xanımla bir dəfə telefonla danışmışıq. Ayağa qalxan kimi mütləq görüşəcəyik. Kino İttifaqının qarşıdan gələn qurultayı ilə bağlı müzakirələr aparacağıq. Bilirsiniz ki, qurultayı bir qədər tələsdirmək istəyən var idi və həmin adamın cavabını dərhal verib dedim ki, Rasim Balayevin qırx mərasimi olmamış qurultay keçirilməyəcək”.

Şeyx Əbdül Şəfiqə Məmmədova illə illərlə davam edən incikliyin əsl səbəbinə də aydınlıq gətirib.

“Şəfiqə xanım 60 illik dostumdur, tələbə yoldaşım olub. Mənim üçün həmişə əziz insan və böyük sənətkardır. Onun teatr və kino mədəniyyətimizdəki xidmətlərini danmaq mümkün deyil, bu, böyük haqsızlıq olardı. Aramızdakı narazılıq isə kino ittifaqı ilə bağlı idi. Mən iki ayrı kino ittifaqının fəaliyyət göstərməsinin əleyhinə olmuşam. Çünki bu, kino cameəsini parçalayır, iki yerə bölürdü. Nəhayət ki, bu məsələ həll olundu və kino ittifaqı birləşdirildi”, - deyə o, bildirib.

Sənətkar sonda əlavə edib ki, artıq əsas məqsəd milli kinonun inkişafı üçün birlikdə çalışmaqdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər