468
13:52, Bu gün

"Pasxa atəşkəsi"ndən hücuma: Rusiyanın yeni taktiki mərhələsi"  - ISW

 
"Hava zərbələri, ehtiyat qüvvələr və Donbas hədəfi fonunda müharibənin gedişi..."
 
Rusiya qısamüddətli "pasxa atəşkəsi"ndən maksimum faydalanaraq Ukraynaya qarşı yeni hücum mərhələsinə hazırlaşıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) analitiklərinin hesabatında deyilir.
 
Zərbələr üçün fasilə: "atəşkəs" necə istifadə olundu
 
Analitiklərin qiymətləndirməsinə əsasən, bu fasilə Moskvanın böyük həcmdə raket və pilotsuz uçuş aparatları toplamasına imkan verib. 15-16 aprel tarixlərində Ukraynaya qarşı həyata keçirilən kütləvi hava hücumlarında 700-dən çox hədəf istifadə olunub. Analitiklər bildirir ki, Rusiya bu cür hücumları adətən danışıqlar ərəfəsində və ya onlardan dərhal sonra həyata keçirir ki, bu da həm psixoloji, həm də hərbi təzyiq vasitəsi kimi istifadə olunur.
 
Yeni taktika və strateji planlar
Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnatın sözlərinə görə, Rusiya zərbələri mərhələli şəkildə planlaşdırır: ilk dalğa kəşfiyyat xarakterli dronlardan ibarət olur, ardınca isə qanadlı və daha sonra ballistik raketlərlə əsas zərbələr endirilir. Məqsəd Ukraynanın HHM sistemlərini tükəndirmək və daha çətin tutulən ballistik raketlərlə maksimum zərər vurmaqdır.
 
Eyni zamanda Ukrayna kəşfiyyatının nümayəndəsi Vadim Skibitski bildirib ki, Rusiya cəbhədə yeni quru hücumuna hazırlaşır və bunun üçün təxminən 20 minlik strateji ehtiyat qüvvə cəlb olunur. Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
 
Onun sözlərinə görə, Moskvanın əsas məqsədi sentyabra qədər Donbasın tam nəzarətə götürülməsidir. Skibitski əlavə edib ki, Rusiya aylıq təxminən 60 ədəd "İsgəndər" tipli raket istehsal edir və hərbi sənaye imkanlarını genişləndirir. Bu isə Ukraynanın bütün ərazisini eyni səviyyədə qorumasını çətinləşdirir.
 
Zərbələrin nəticələri və vəziyyətin kəskinləşməsi
Son hücumlar zamanı Kiyev, Dnepr, Odessa və Xarkov kimi şəhərlər hədəf alınıb. Nəticədə mülki itkilər, o cümlədən uşaqlar arasında ölüm halları qeydə alınıb. Ukrayna prezidenti Vladimir Zelenski isə beynəlxalq tərəfdaşları HHM sistemləri ilə bağlı vədlərin tam yerinə yetirilməməsinə görə tənqid edib.
 
Ekspertlər hesab edir ki, Rusiya həm taktikasını təkmilləşdirir, həm də quru əməliyyatları üçün paralel hazırlıq aparır. Bu isə müharibənin növbəti mərhələsinin daha genişmiqyaslı və intensiv ola biləcəyindən xəbər verir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər