“Valideyn Məktəbi” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib
Elm və Təhsil
628
20:33, Bu gün

“Valideyn Məktəbi” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib

Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə “Valideyn Məktəbi” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi və valideynlər iştirak ediblər. Görüşün əsas məqsədi valideynlərin məktəb həyatında daha fəal iştirakının təşviq edilməsi, ailə ilə təhsil müəssisəsi arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də şagirdlərin hərtərəfli inkişafında birgə fəaliyyətin əhəmiyyətinin vurğulanması olub.

Tədbir zamanı Zümrüd Həbibova çıxış edərək valideynləri layihənin məqsəd və vəzifələri barədə məlumatlandırıb, həmçinin layihə çərçivəsində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan fəaliyyətlər barədə geniş məlumat verib. Görüş çərçivəsində valideynlərin tədris prosesində rolu, şagirdlərin akademik göstəricilərinin yüksəldilməsi, onların sosial-emosional inkişafına dəstək göstərilməsi və məktəb-valideyn əməkdaşlığının daha səmərəli təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Valideynlərin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. İştirakçılar ailə və məktəb arasında qurulan birgə əməkdaşlığın şagirdlərin uğurlu gələcəyinin formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıblar. Sonda bu cür görüşlərin mütəmadi olaraq davam etdirilməsinin vacibliyi qeyd olunub və valideynlərlə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ümumi razılıq ifadə edilib.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər