Azərbaycanda 360-dan çox afrikalı tələbə təhsil alır
Elm və Təhsil
127
10:31, Bu gün

Azərbaycanda 360-dan çox afrikalı tələbə təhsil alır

"Bu gün 40 Afrika ölkəsindən olan 360-dan çox tələbə Azərbaycan universitetlərində təhsil alır".

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakıda keçirilən "Afrika Günü": Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı konfransda bildirib.

Azərbaycanda 360-dan çox afrikalı tələbə təhsil alır

Onun sözlərinə görə, son illər Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə sıx və fəal olub.

"Biz bunu təkcə rəsmi görüşlərdə və razılaşmalarda deyil, həm də insanlar arasındakı əlaqələrdə, akademik əməkdaşlıqda və xüsusən də Azərbaycan universitetlərində təhsil alan afrikalı tələbələrin artan sayında görürük", - o qeyd edib.

K.Kərimzadə vurğulayıb ki, təhsil ölkələr arasında tərəfdaşlığın ən möhkəm formalarından biridir.

O həmçinin qeyd edib ki, bu gün ölkəmizin ali məktəbləri Azərbaycan dilində olan proqramlarla yanaşı ingilis, fransız və ərəb dillərində də təhsil imkanları təklif edir. K.Kərimzadənin sözlərinə görə, bu, müxtəlif mədəniyyətlərdən olan tələbələrə Azərbaycanın akademik həyatına fəal şəkildə inteqrasiya olunmağa kömək edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər