DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət etdi
Elm və Təhsil
223
10:41, Bu gün

DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət etdi

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 17 may 2026-cı il tarixində keçiriləcək.

Moderator.azz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bakalavrlar imtahana buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmalıdırlar. Onlar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edilib ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər