Azərbaycan tarixinin konseptual məsələlərinə dair gərgin müzakirələr keçirilib
Oxunub: 3761
23 May 2024 | 00:13
Azərbaycan tarixinin konseptual məsələlərinə dair gərgin müzakirələr keçirilib

Beynəlxalq Qarabağ Təşkilatının (BQT) təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” adlı XXIII elmi-praktiki konfrans keçirilib. Azərbaycan Dövlət Pedoqoji Universitetin akt zalında keçirilən konfransda elm adamları, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib. Tədbirin təşkilatçıları ənənəvi konfransa təqdim olunan müxtəlif səpkili məqalə və tezisləri qeyd edib, əsas mövzu olaraq isə Azərbaycan tarixinin dövrləşdirilməsi və digər konseptual məsələləri müzakirə üçün təqdim edib. Konfransın aparıcısı Firdovsiyyə Əhmədova , Beynəlaxlq Qarabağ Təşkilatının (BQT) Koordinatorları Akif Nağı, Şamil Mehdi tədbirin məqsədi, müzakirə istiqamətləri, 23 il ərzində həyata keçirilən işlərlə bağlı məlumat veriblər.

 

Sonra tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bir il əvvəl onun özünün, Akif Nağının, Rizvan Hüseynovun, Ramin Əlizadənin və Şamil Mehdinin təşəbbüsü ilə “Tarixi İrsi Araşdırmalar Qrupu”nun yaradıldığını, bu qrupun uzun müzakirələrdən sonra Azərbaycan tarixinin dövrləşdirilməsinə dair sənəd layihəsini hazırladığını bildirib, həmin sənəd layihəsini tədbir iştirakçılarının müzakirəsinə təqdim edib. F. Əhmədova bildirib ki, dövrləşmə və digər konseptual məsələlər həllini tezliklə tapmalıdır: “Konsepsiyaya yeni baxış vacibdir. Bu təftişçilik deyil, saxtakarlıqların, təhriflərin aradan qaldırılması cəhdidir. Tariximizin obyektiv yanaşma ilə yazılması günün tələbidir. “Sovet dövrü”ndə tariximiz saxtalaşdırılıb. Biz yeni yanaşmada əsas prinsip olaraq dövlətçilik prinsipini təklif edirik”.

 

Qrupun təqdim etdiyi sənəd layihəsində Azərbaycan tarixinin dövrləşdirilməsi təklif olunur:

 

Azərbaycan Tarixinin Dövrləşdirilməsinə Dair Təklif

 

Azərbaycan ərazisində dövlətə qədərki mərhələ (ilk çağdan e.ə. III minilliyədək)

Erkən dövlətçilik dövrü (e.ə. III minillik - e.ə. IV əsr)

Antik dövlətçilik dövrü (e.ə. IV əsr - y.e. VI əsrin sonunadək)

Erkən orta çağ dövlətçiliyi dövrü ( VII - XI əsrlər)

Klassik orta çağ Azərbaycan dövlətçiliyi ( XII - XV əsrlər)

Son orta çağ Azərbaycan dövlətçiliyi ( XVI əsr - XVIII əsrin I yarısı)

Yeni çağ Azərbaycan dövlətçiliyi (XVIII əsrin II yarısı – XX əsrin əvvəlləri)

Çağdaş Azərbaycan dövlətçiliyi (1918-ci il - hazırkı dövr)

 

Konfrans iştirakçıları təqdim edilən sənəd, mövzu ətrafında fikirlərini bildirdilər. Tarix üzrə fəlsəfə doktoru Akif Nağı əsas fikirlərinin sənəd layihəsində əks olunduğunu qeyd etdi, əlavə olaraq bildirdi: “Azərbaycan tarixinin yeni konsepsiyası hazırlanmalı, burada işıqlı, azad, müstəqil dövlətçilik tariximiz əks olunmalı, ləngimədən ümumi mövqe formalaşdırılmalı, vahid dərslik hazırlanmalı, bütün orta, ali və digər təhsil ocaqlarında eyni konsepsiyaya uyğun dərslik tədris olunmalıdır. Bu işin mərkəzində AMEA Tarix institutu dayanmalıdır. Beş minillik dövlətçilik tarixinə malik olan millətin həqiqi tarixi bütün saxtakarlıqlardan təmizlənərək yazılmalıdır”. Yerlərdən Tarix institutunun bu dərsliyi yazmaq üçün potensialının olmadığına dair replikalara cavab olaraq, A. Nağı cavab verib: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq vaxtilə müharibə yolunu təklif edəndə bir çoxları sual edirdi ki, ordumuz buna hazırdımı? Biz cavab verirdik ki, ordumuz hazır olmalıdır, hazır deyilsə… İndi həmin cavaba uyğun olaraq deyirik ki, Tarix institutu bu dərsliyi yazmaq imkanında olmalıdır, deyilsə, özlərini buraxıb getsinlər”.

Tarix üzrə fəlsəfə doktoru Rizvan Hüseynov müzakirələrə qoşularaq bildirdi: “Konsepsiya ilə bağlı vahid mövqe olmalıdır, dövlət də həmin mövqeni rəsmi qaydada qəbul etməlidir. Ən vacib məsələ elmi, metodoloji yanaşmadı. Tarix ideoloji alətdi, düsturdu. Milli ideya mərkəzdə dayanmalıdır. Rus-sovet konsepsiyasından xilas olmalıyıq. Köçəri və oturaq xalq anlayışlarını yaxşı mənada uyğunlaşdırmalı, köçərilik mədəniyyəti, sivilizasiyanın həqiqi mahiyyətini ortaya qoymalı, konsepsiyamızı buna söykəməliyik. Konsepsiyanın mərkəzində arxeoloji materiallar dayanmalıdır. Dövlətçilik prinsipi əsas götürülməlidir. Çoxlarından fərqli olaraq bizim tarixin mərkəzində dövlət dayanıb, bu nöqtədən çıxış etməliyik. Ən qədimdən dövlətimiz olub”.

F.Əhmədova əlavə olaraq qeyd edib ki, işğaldan azad olunan ərazilərdə bərpa işləri ilə parallel olaraq arxeoloji qazıntılar aparılmalı, artefaktların məhv edilməsinə imkan verilməməlidir.

Fəlsəfə elmləri doktoru Əli Abasov daha çox metodoloji aspektləri diqqətə çatdırıb: “Bütün tədqiqatlarda metodologiya əsas götürülməlidir. Konsepsiya hazırlanarkən bir sıra müasir məsələlər, məsələn, qloballaşma və sair nəzərə alınmalıdır. Tarixin əsasında insan və zaman kateqoriyaları dayanır. Təəssüf ki, hər ikisi bu gün arxa plana keçib. Genetik tədqiqatlara ciddi yanaşılmalıdır. Bu sahədə çoxlarından, həmçinin qonşularımızdan geri qalırıq. Bu tədqiqatlarla qədim dövrdən ərazilərimizdə yaşayanların etnik mənusbiyyəti müəyyənləşdirilməli, tarix bunların əsasında yazılmalıdır”.

 

Tarix elmləri doktoru Fərda Əsgərov çıxışına sualla başlayıb: “Tarixi şüurla gələcəyi necə əlaqələndirməli? Tarixi olduğu kimi təsvir etməliyik. Tarixi evolyusiyaya süni şəkildə müdaxilə, bu günün tələbləri baxımından müdaxilə edib, yazmaq olmaz. Biz Qaraqoyunlu, Ağqoyunlu və ya Səfəvi imperiyalarını bu günümüzə daşımalıyıqmı? Gələcək qloballaşan dünyadı, bunu nəzərə almalıyıq. Tarixin dövrləşdirilməsində təsərrüfat üsullarının bir-birini əvəz etməsi əsas götürülməlidir. Köçəri və oturaq həyat tərzlərinin əlaqələri aydınlaşdırılmalıdır. Azərbaycanda bu iki həyat formasının sintezi olub. Köçərilik özünəməxsus sivilizasiya forması olub. Bunu gerilik yox, bəşəriyyətin əsas inkişaf göstəricisi kimi götürməliyik. Azərbaycan dövlətçiliyin, köçəri və oturaq sivilizasiyaların qovşaq nöqtəsi olub. Burda deyilən genetik araşdırma məsələsinə bir qədər ehtiyatla yanaşmalıyıq. Bu yanaşma ilə obyektiv tarix yaza bilmərik, bəlkə də irqçilik və sair neqativ nöqsanlara yol verərik. Genetik araşdırma insanı bioloji varlıq kimi ortaya gətirir, lakin insan bioloji varlıqdan daha çox ictimai varlıqdır. Bu məsələ diqqətə alınmalıdır. Təqdim olunan sənədlə bağlı deyə bilərəm ki, kifayət qədər məntiqli dövrləşdirmədir. Amma sivilizasiyalar prinsipi nəzərə alınmayıb”.

 

F.Əhmədova müdaxilə edərək bildirib ki, işçi qrup dövlətçilik və sivilizasiya prinsiplərini uzlaşdırmaq üçün çox çalışdı, amma bunu etmək mümkün olmadı. F.Əsgərov deyilən fikirlə razılaşdı.

 

Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı çıxışını təqdim olunan sənədə münasibətlə başladı: “Burada dövrləşdirmə əsasən dünya tarixinin konsepsiyasına uyğundur, yenilik yoxdur. Dövrləşdirilmə ilə bağlı antik dövrün VI əsrə qədər gətirib çıxarılması məntiqli deyil. Bu dövr III əsrlə bitirilməlidir. Orta əsr və yeni dövrlə bağlı yanaşmanı da qəbul etmək olmaz. Bizim mövqeyimiz belədir ki, orta əsrlər 1501-ci ildə bitir, yeni tarix dövrü başlayır. Yeni tarix dövrünün təqdim olunan sənəddə Xanlıqlar dövrü ilə başlanması məntiqli deyil. Biz xanlıqlara separatçılıq təzahürü kimi baxırıq”.

 

F.Əhmədova yeni tarix dövrünün 1501-ci ildə başlanmasına dair təklifin əsasının olmadığını qeyd etdi: “Həmin vaxt hakimiyyət dəyişikliyindən başqa hər hansı keyfiyyət hadisəsi baş verməyib. Ona görə də məsələnin qoyuluşu başa düşülən deyil”. A.Nağı yeni tarixin xanlıqlarla başlanmasına dair təklifin tarixçi Ramin Əlizadə tərəfindən irəli sürüldüyünü qeyd etdi və bildirdi: “Avropada yeni tarix yeni dövlətçilik ideyaları, onlara uyğun inqilablarla başladı. Bizdə də Hürufilik təlimindən başlayaraq yeni dövlət quruluşu, idarəetmə qaydaları təbliğ olunurdu. Xanlıqlar yeni idarəetmə, ənənəvi şahlıq üsullarından imtina tələbləri ilə meydana gəlmişdi. Ona görə də yeni tarix həmin vaxtdan başlayır və AXC-nin yaranması ilə başa çatır”.

Genetik araşdırmalar üzrə mütəxəssis Afiq Axundzadə genetik tədqiqatlarla bağlı fərqli fikirlərə münasibət bildirərək, bu araşdırmaların nəticələrinin müəyyən çərçivələr daxilində istifadə olunmasının vacibliyini qeyd etdi. Həmçinin işğaldan azad olunmuş ərazilərdə arxeoloji işlərin aparılmasına dair öz müşahidələri ilə bölüşdü. Tarix elmləri doktoru Nigar Gözəlova sənəddə dövlətçilik prinsipinin əsas götürülməsini məqbul hesab etdi: “Bununla yanaşı tarixi ərazi, ərazi-coğrafi prinsip də nəzərə alınmalıdır. Azərbaycanın cənub, şimal və digər ərazilərinə bir tam kimi yanaşılmalıdır”.

 

Konfransın sonunda qərara alındı ki, digər mütəxəssislərin də dəvət olunması ilə davamlı seminarlar keçirilsin, AMEA-nın Tarix institutu ilə əlaqəli şəkildə optimal konsepsiya hazırlansın və dövlət rəhbərliyinə, həmçinin ictimaiyyətə təqdim edilsin.

 

BQT Mətbuat Xidməti

Oxşar xəbərlər
21 Jun 2024 | 23:58
Ukrayna yayın sonuna qədər Rusiya aktivlərindən ilk tranşı alacaq
21 Jun 2024 | 23:11
"Əcəb edib ərimi aldatmışam" deyən qadını atası idman aləti ilə öldürdü
21 Jun 2024 | 22:53
HƏMAS Beynəlxalq Cinayət Məhkəməsini İsrailə dəstək verməkdə ittiham edib
21 Jun 2024 | 22:42
Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA
21 Jun 2024 | 22:40
Əməkdar artist evini təmir edən ustaları polisə verəcək
21 Jun 2024 | 22:06
İlham Əliyev Vaşinqton qarşısında şərt qoydu - ABŞ hərəkətə keçib
21 Jun 2024 | 22:03
Bakıda silahlı insident: Tapança ilə qətlə yetirilən var
21 Jun 2024 | 21:26
"Neft imperiyaları erası sona yetir, dünyanı Günəş energetikası ağuşuna alır" - "Bloomberg"
21 Jun 2024 | 21:16
Zahid Oruc:”Erkən seçkiləri sülhməramlı qüvvələrlə bağlayanlar”..
21 Jun 2024 | 21:09
Sönən keşiş, itirilən illüziyalar və suallar yaradan sülh müqaviləsi...
21 Jun 2024 | 21:06
Azərbaycanda müğənni həbs edildi
21 Jun 2024 | 20:39
Aİ iyunda Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalaya bilər
21 Jun 2024 | 20:38
Dopamin, dedi-qodu, uğurlu insanlarda narkotik asılılığı...
21 Jun 2024 | 20:22
Niyaməddin Orduxanlı :“Partiyamız seçkiyə hazırlıq mərhələsini yüksək səviyyədə keçirir”
21 Jun 2024 | 20:16
Rusiyanın hakim partiyasını deputatı Putini “Rusiyanın düşməni” adlandırdı və...
21 Jun 2024 | 20:11
"Putin xüsusi hərbi əməliyyatın sonadək davam etdirilməsini nəzərdə tutub" - Peskov
21 Jun 2024 | 19:55
Netanyahunun müşaviri Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib
21 Jun 2024 | 19:54
Sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib
21 Jun 2024 | 19:44
“Bu inqilab zamanı 25 minə qədər azərbaycanlı həlak olsa da, Azərbaycan xalqı heç bir şey qazanmadı...”
21 Jun 2024 | 19:27
Bu dövlətlər arasında “uzaq infrastruktur” müharibəsi genişlənir...
21 Jun 2024 | 19:21
Deputat: “Bu şəhid ailələri mənzillə təmin oluna bilər”
21 Jun 2024 | 19:00
"Göz yaşı” adlı sosial çarx çəkiləcək
21 Jun 2024 | 18:47
Braziliya Prezidenti: COP29 çərçivəsində Azərbaycanla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyirəm
21 Jun 2024 | 18:44
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi olub, habelə bir qrup jurnalist təltif edilib
21 Jun 2024 | 18:20
Belarus Mirzoyan-Tixanovskaya görüşünə görə Ermənistana nota verib
21 Jun 2024 | 18:03
Arılar xərçəngi aşkar edə bilir - MARAQLI FAKT
21 Jun 2024 | 17:59
Almaniyada aralarında Ermənistan vətəndaşı olan casus şəbəkəsi ifşa edilib
21 Jun 2024 | 17:57
Ceyhun Bayramov Qırğız Respublikasının səfirini qəbul edib
21 Jun 2024 | 17:54
Dünya müharibəsi riski ilə bağlı XƏBƏRDARLIQ  
21 Jun 2024 | 17:53
Bu şirənin bir stəkanı qızıl dəyərindədir - İnanılmaz təsirləri
21 Jun 2024 | 17:50
Niyaməddin Orduxanlı: “Partiyamız seçkiyə hazırlıq mərhələsini yüksək səviyyədə keçirir”
21 Jun 2024 | 17:44
Ali Təhsildə beynəlmiləlləşmə problemləri...
21 Jun 2024 | 17:42
Boyları qısalır, xəstə və kökdürlər - Uşaqlarla bağlı narahatedici HESABAT
21 Jun 2024 | 17:40
BDU-nun müəlliminin dəhşətli ölümünün səbəbi bilindi
21 Jun 2024 | 17:25
"ABŞ İsrailin "Dəmir günbəz"inin "Hizbullah"ın öhdəsindən gələ bilməyəcəyindən ehtiyat edir" - CNN
21 Jun 2024 | 17:25
Paşinyan bununla kifayətlənməyəcək, Qarabağ erməniləri... - Matevosyan
21 Jun 2024 | 17:17
Xalq artisti: "Bəyin oğurlanması"na baxıb ağlamışam" - FOTO
21 Jun 2024 | 17:10
Nazilədən Pünhana: “Səni qayınanamla evləndirəcəm”
21 Jun 2024 | 17:06
AVRO-2024: Slovakiya-Ukrayna oyunu başladı - CANLI
21 Jun 2024 | 17:02
BDU-nun müəllimi qəzada həyatını itirdi - FOTO
21 Jun 2024 | 16:57
Fransa Azərbaycana başsağlığı verdi - FOTO
21 Jun 2024 | 16:56
“Makron rejimindən hər cür avantüra gözləmək olar”
21 Jun 2024 | 16:53
“Blinken vəziyyəti tarazlaşdırmağa çalışır, çünki...” - ŞƏRH
21 Jun 2024 | 16:49
Günel İbrahim Tatlısəslə illər əvvəl... - FOTO
21 Jun 2024 | 16:47
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - FOTO
21 Jun 2024 | 16:45
Sahil Babayev Xızıda vətəndaşları qəbul etdi - FOTO
21 Jun 2024 | 16:40
Bakıda əmisi oğlunu qətlə yetirən şəxsə hökm oxundu
21 Jun 2024 | 16:36
Taksilərin qiyməti bahalaşdı: Sayı azalır, bir istiqamətə 8-9 manat... - Yeni sistem belə olacaq
21 Jun 2024 | 16:34
"ABŞ Amerika silahı ilə Rusiyaya zərbə endirilməsinə qadağanı zəiflədib" - "Politico"
21 Jun 2024 | 16:32
Ana və iki qızı imtahanda yüksək bal topladılar
21 Jun 2024 | 16:31
Bakıda sərnişin dolu avtobus tüstülədi - ANBAAN VİDEO
21 Jun 2024 | 16:28
ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi - FOTO
21 Jun 2024 | 16:24
Pomidor şirəsinin elə bir faydası tapıldı ki... - ŞOK ARAŞDIRMA
21 Jun 2024 | 16:20
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi - FOTO
21 Jun 2024 | 16:15
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir – FOTO/VİDEO
21 Jun 2024 | 16:10
Ombudsman mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış etdi
21 Jun 2024 | 16:05
BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
21 Jun 2024 | 16:00
Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
21 Jun 2024 | 15:55
Alimlərdən bu yayla bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ
21 Jun 2024 | 15:50
Tovuzda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
21 Jun 2024 | 15:45
“Azərbaycanfilm”in direktor müavini vəzifəsinə TƏYİNAT
21 Jun 2024 | 15:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb
21 Jun 2024 | 15:35
Milli Məclis şəhid ailələrinin hüquqlarının artırılmasına dair layihəni ilk oxunuşda qəbul edib
21 Jun 2024 | 15:30
Azərbaycan iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib - YENİLƏNİB
21 Jun 2024 | 15:25
NATO-nun bütün üzv ölkələri Alyansın yeni baş katibinin namizədliyini dəstəkləyib
21 Jun 2024 | 15:20
Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişdi
21 Jun 2024 | 15:15
Abşeronda xeyli silah-sursat TAPILDI - VİDEO
21 Jun 2024 | 15:10
SOCAR Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb
21 Jun 2024 | 15:08
Minimum əmək haqqı hansı tarixdən artacaq?
21 Jun 2024 | 15:05
Bərdədə keçmiş məhkum narkotiklə tutuldu - FOTO/VİDEO
21 Jun 2024 | 15:02
BDU-ya 1400-dən çox magistrantın qəbulu proqnozlaşdırılır
21 Jun 2024 | 15:00
Azərbaycanda təcili yardım heyəti xəsarət alsa da, xəstəni xilas etdi - VİDEO
21 Jun 2024 | 14:57
Qohum evliliyini qadağan edən layihə TƏSDİQLƏNDİ
21 Jun 2024 | 14:55
"Qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da.." - Deputat
21 Jun 2024 | 14:50
Paris İrəvanı silahlandırmaqla sülh gündəliyinə xələl gətirir - ŞƏRH + FOTO
21 Jun 2024 | 14:47
Bu halda toy və nişan mərasimləri keçirənlər 13 min manat cərimələnəcək
21 Jun 2024 | 14:45
Dayanma və durma ilə bağlı yeni qayda
21 Jun 2024 | 14:40
Dəmirçilikdən dəmir barmaqlıqlar arasına – erməni generalın birinci katiblik arzusu ürəyində qalıb  
21 Jun 2024 | 14:37
Bu şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK
21 Jun 2024 | 14:35
Aparıcı Zaurdan Günelə: “Mənə ərə gələrsən?”
21 Jun 2024 | 14:32
İcma: "Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etməyə çağırırıq"
21 Jun 2024 | 14:30
"Rusiya özünün nüvə doktrinasını dəyişə bilər" - Putin
21 Jun 2024 | 14:28
Mingəçevirdə 25 yaşlı qadın öldürüldü: Əri polisə təslim oldu
21 Jun 2024 | 14:25
Qasırğanın fermerlərə vurduğu ziyan necə ödəniləcək? - FOTO/VİDEO
21 Jun 2024 | 14:20
“Damla bic müğənnidir”
21 Jun 2024 | 14:16
Evdən qaçan qadın başqa-başqa kişilərlə gəzdi: bunu görən əri isə... – ŞOK TƏFƏRRÜAT
21 Jun 2024 | 14:12
Həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
21 Jun 2024 | 14:08
“Ülviyyənin paylaşımı tamam başqa mənada idi”
21 Jun 2024 | 14:06
Prezident və xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - FOTO
21 Jun 2024 | 14:04
"Ölkəmizdə sanki bu təlatumdən, inqilabı dəyişikliklərdən tam xəbərsizik hökm sürür"
21 Jun 2024 | 14:00
Liseydə 35 minlik yeyintiyə görə cinayət işi açıldı
21 Jun 2024 | 13:55
Son iki ayda BDU-nun Hirş indeksi 3 bal artaraq 65-ə çatıb
21 Jun 2024 | 13:50
Bu cərimələr iki dəfə artırılır
21 Jun 2024 | 13:46
Bu qaydanı pozan sürücülər 100 manat cərimələnəcək
21 Jun 2024 | 13:42
“Sabah”ın U-10 komandası İspaniyada beynəlxalq turnirə qatılacaq
21 Jun 2024 | 13:40
Ermənistan səfiri İsrail XİN-ə çağırılıb
21 Jun 2024 | 13:37
Vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq
21 Jun 2024 | 13:32
Azərbaycan və Şimali Qafqazı birləşdirən dəyərlər: dostluq, qarşılıqlı hörmət və dəstək - ANALİZ
21 Jun 2024 | 13:27
İlbəil artan keçid balları - xeyli abituriyent tibbi təhsil üçün xaricə üz tuta bilər
21 Jun 2024 | 13:22
AQTA quş qripi təhlükəsi ilə bağlı nəzarət tədbirlərini gücləndirib
GÜNLÜK
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
21 Jun 2024 | 00:26
“Range Rover”i 1020 manata satan sabiq rəisə hökm oxundu
21 Jun 2024 | 00:33
Ürək-damar xəstəliklərinin bu həyəcan doğuran əlamətlərini görməzdən gəlmək olmaz
21 Jun 2024 | 08:36
Xalq artisti VƏFAT ETDİ
21 Jun 2024 | 00:43
Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi
21 Jun 2024 | 06:55
QADAĞA- Turistlərin cinsi əlaqədə olması səbəbindən bu kurortlarda...  FOTOLAR
21 Jun 2024 | 00:22
Benzema ilə münaqişə edən baş məşqçi qovuldu
21 Jun 2024 | 00:14
Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
21 Jun 2024 | 00:16
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə mərkəzdə sertifikasiya imtahanı keçiriləcək
21 Jun 2024 | 00:08
Almaniya 105 ədəd “Leopard” tankı sifariş etməyi planlaşdırır
HƏFTƏLİK
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
18 Jun 2024 | 10:30
"Azercell"dən Yardımlıya gedən deputata "sürpriz": “İrana xoş gəlmisiniz…”
17 Jun 2024 | 21:23
Mahsun Kırmızıgülün yeni serialı gəlir - Kimlər rol alacaq?
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
17 Jun 2024 | 20:52
Səni sevimmi, küsümmü, inciyimmi bilmirəm – BAŞLIBEL 
17 Jun 2024 | 16:04
Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
17 Jun 2024 | 10:08
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
17 Jun 2024 | 08:11
61 yaşlı müğənni 18 yaşlı tələbə qızla evlənir - FOTO
AYLIQ
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
21 Jun 2024 | 00:26
“Range Rover”i 1020 manata satan sabiq rəisə hökm oxundu
21 Jun 2024 | 00:33
Ürək-damar xəstəliklərinin bu həyəcan doğuran əlamətlərini görməzdən gəlmək olmaz
21 Jun 2024 | 08:36
Xalq artisti VƏFAT ETDİ
21 Jun 2024 | 00:43
Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi
21 Jun 2024 | 06:55
QADAĞA- Turistlərin cinsi əlaqədə olması səbəbindən bu kurortlarda...  FOTOLAR
21 Jun 2024 | 00:22
Benzema ilə münaqişə edən baş məşqçi qovuldu
21 Jun 2024 | 00:14
Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
21 Jun 2024 | 00:16
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə mərkəzdə sertifikasiya imtahanı keçiriləcək
21 Jun 2024 | 00:08
Almaniya 105 ədəd “Leopard” tankı sifariş etməyi planlaşdırır