"Məhz neft ötən onilliklər ərzində ABŞ, Rusiya və Fars körfəzi ölkələrinin geosiyasi təsirini təmin edib..."
"Gələcəkdə bu təsiri Günəş energetikası təmin edəcək, bu gün isə burada Çin dominantlıq edir..."
Neft imperiyaları erası, deyəsən, sona yetir. Çin gözlərimiz önündə nefti ikinci plana keçirərək və Günəş energetikasını önə çəkərək energetika inqilabına son qoyur.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" biznes nəşrinin tanınmış köşə yazarı Devid Fiklinq yazıb.
O, qeyd edir ki, insanların əksəriyyəti heç olmasa bir dəfə ötən əsrdə dünya energetikasına təsirinə görə "Yeddi bacı" adlandırılan "Exxon Mobil", "Chevron", "Shell", BP, "TotalEnergies", "ConocoPhillips" və "Eni" iri neft şirkətləri haqqında eşidib.
Bununla birlikdə, insanların əksəriyyəti Çinin Günəş energetikası texnologiyalarında ixtisaslaşan "Tongwei", "GCL Technology Holdings", "Xinte Energy", "Longi Green Energy Technology", "Trina Solar", "JA Solar Technology" və "Jinko Solar" iri şirkətləri barədə heç vaxt eşitməyib.
"Əgər birincilər tanış nəhənglərdirsə, ikincilər az bəllidir, siz dünyanı enerji ilə təmin edən şirkətlərə münasibətinizi yenidən götür-qoy edə bilərsiniz. Sağlam düşüncə nöqteyi-nəzərdən, sonuncular neft imperiyaları kimi böyük olmasa da, elə o qədər əhəmiyyətlidir", - müəllif yazıb.
Onun gətirdiyi statistikaya görə, elektrik stansiyaları üçün avadanlıq istehsalçıları məhz bu şirkətlərin məhsulundan alına biləcək, - çıxarılan neft və Günəş panellərindən hasil edilən, - təmiz enerjinin həcmini hesablasaq, neft nəhənglərinə sıx yaxınlaşıb.
Lakin digər göstəricilərə görə neft şirkətləri, məsələn, investisiya vahidinə düşən enerji istehsalının həcminə görə artıq geriləməyə başlayıb. Neft quyusunun işlənib hazırlanması müəyyən yatırımlar tələb edir, sonra müəyyən müddət ərzində neftin daxil olmasını təmin edəcək. Həmçinin Günəş elektrik stansiyasının inşası da yatırımlar tələb edir ki, sonradan uzun müddət ərzində demək olar ki, pulsuz enerji alınsın.
Nəticə etibarilə quyuda neft ehtiyatları tükənir, Günəş elektrik stansiyasının avadanlığı da köhnəlir, hər iki halda yeni neft yataqlarının işlənilməsi və Günəş elektrik stansiyalarının modernləşdirilməsi üçün yeni investisiyalar tələb ediləcək.
Lakin artıq indi Günəş sektoru şirkətləri yeni belə investisiyalara başlananadək onların təmin etdiyi enerji həcminə görə neft şirkətlərini üstələyir.
"Neftlə Günəş enerjisinin istənilən müqayisəsini almanın portağalla müqayisəsinə bənzədiyinə görə tənqid etmək olar. Lakin əgər siz alma və portağal alırsınızsa, çox vaxt onların nə qədər kaloriyə malik olması barədə məlumatı olan etiket əldə edirsiniz. Biz də neft və Günəş biznesini təmin edən ekzocoullar üçün eyni şeyi etməliyik. Meyvə, yanacaq və elektrik nəticə etibarilə ölçülən enerji axınını təmin edir", - icmalçı yazıb.
Sonda o, əlavə edib ki, məhz neft xeyli dərəcədə ABŞ, Rusiya və Fars körfəzi ölkələrinin ötən onilliklər ərzində geosiyasi təsirini təmin edib. Gələcəkdə bu təsiri Günəş energetikası verəcək, bu gün isə burada Çin dominantlıq edir.
Dünya energetika bazarı - son xəbərlər
Xəbər verildiyi kimi, Vladimir Putinin 20 ildən artıq hakimiyyəti ərzində neft və qaz onun geosiyasi təsirinin ən mühüm aləti olub, Ukraynaya hərbi müdaxiləsi bunu dəyişib.
Lakin sanksiyalara rəğmən, Rusiya atom elektrik stansiyaları üçün başlıca ixtacatçı olaraq qalır.
O, dünyada, o cümlədən Çin, Hindisran, İran və Misirdə inşa edilən yeni reaktorların üçdə birindən çox hissəsində iştirak edir. Bu da uzunmüddətli geosiyasi təsir aləti ola bilər.
Həmçinin məlumat verilib ki, OPEK+ ölkələri qiymətləri "qızışdırmaq" üçün 2025-ci ilədək neft hasilatını azaldıb. Neft ixracatçılar qrupu qlobal tələbin azalması fonunda bazara dəstək verməyə can atır.