Bizi sosial şəbəkələrdən izləyin:
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının direktor müavini vəzifəsinə təyinat olub.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə ittifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.
Ona studiya direktorunun vəzifəsini icra etmək həvalə olunacaq.