Bir neçə gündür ki, müəllimlərin növbəti sertifikatlaşdırılma prosesinin keçirilməsi tarixi ilə bağlı sosial şəbəkələrdə əsası olmayan informasiyalar yayılır.
Qeyd edək ki, əsasən, təhsil qrupları və səhifələrində, eləcə də müxtəlif intagram hesablarında paylaşılan əsassız informasiyalarda sertifikasiya prosesinin hətta müxtəlif zonalar üzrə cədvəlləri də öz əksini tapıb. Paylaşılan qrafik və cədvəllər müəllim kütləsi arasında narahatlıq və narazılığa səbəb olub.
Moderator.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayılan məlumatların heç bir əsası olmadığını bildirib:
“Ötən gündən başlayaraq müəllimlərin sertifikatlaşdırılmasına dair müxtəlif zonalar üzrə cədvəllər dərc olunur. Bu məlumatların heç bir əsası yoxdur.
Bizim media resurslarımız lazım olan vaxtda bütün məlumatları çatdıracaq”.