Trampın 907-ci düzəlişlə bağlı məlum addımı ABŞ-ın Azərbaycana verdiyi önəmə dəlalət edir
Ekskluziv
909
16:54, Bu gün

Trampın 907-ci düzəlişlə bağlı məlum addımı ABŞ-ın Azərbaycana verdiyi önəmə dəlalət edir

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandum şəxsi qeydi ilə birlikdə Prezident İlham Əliyevə göndərib.

Ağ Ev sahibinin bu addımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük məmnunluqla qarşılanıb. Qeyd edək ki, Prezident İlham Əliyev sosial şəbəkədəki hesabında etdiyi paylaşımda bu barədə deyib:

“Möhtərəm Prezident Donald Tramp,

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.

Göründüyü kimi, ABŞ lideri 907-ci düzəlişin dayandırılması müddətinin uzadılmasını təmin edib ki, bu da Azərbaycan dioplomatiyası, şəxsən Prezident İlham Əliyev adına böyük uğurdur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 8-də “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişinin fəaliyyətinin dayandırılması barədə memorandum imzalayıb. Bugünlərdə isə ABŞ Prezidenti Donald Tramp Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandum şəxsi qeydi ilə birlikdə Prezident İlham Əliyevə göndərib ki, bu da Ağ Evin ölkəmizə olan münasibətindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ABŞ-ın Azərbaycana olan münasibətində müsbətə doğru ciddi dəyişiklik baş verib. Ağ Evlə münasibətlərdəki ziddiyyətlər nəinki ortadan qaldırılıb, həm də əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təmin olunub. Bu, dövlətimizin strateji uğuru, mühüm diplomatik qələbəsidir.

Yada salaq ki, 907-ci düzəliş Azərbaycanı bir sıra imkanlardan, eləcə də ABŞ-dan bribaşa hərbi və maliyyə yardımı almaq imkanından məhrum edirdi. 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorundumun imzalaması, bu barədə qeydin Prezident İlham Əliyevə təntənəli şəkildə təqdim edilməsi Azərbaycanı ABŞ-dan istənilən növ yardım almasını üçün gərəkli hüquqi zəmini təmin edir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev hələ ötən il 907-ci düzəlişin tamamilə ləğv edilməsinin zəruriliyi dilə gətirib. Hansı ki, ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafı yaxın gələcəkdə bu məsələnin də öz müsbət həllini tapacağını düşünməyə əsas verir.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər