General Əli Nağıyevdən həmkarlarına çağırış...
Ekskluziv
410
19:47, Bu gün

General Əli Nağıyevdən həmkarlarına çağırış...

Təhlükəsizliyin “Azərbaycan modeli” qlobal xilas yolu kimi...

DTX rəisinin beynəlxalq tədbirdəki çıxışı böyük maraq və təqdirlə qarşılanıb

Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib.

Tədbirdə təhlükəsizliklə bağlı mövcud problemlərə toxunan general Əli Nağıyev, bu problemlərlə mübarizə üsullarından da bəhs edib, bununla bağlı konkret təkliflər səsləndirib. General bildirib ki, beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlərə qarşı ən effektiv mübarizə üsulu qarşılıqlı əlaqələri gücləndirmək, əməkdaşlıq səylərini artırmaqdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman öz çıxışlarında beynəlxalq aləmdə sülh və təhlükəsizlikə bağlı artan təhlükələrə qarşı mübarizənin ən effektiv yolunun qlobal həmrəylik və əmədkaşlıq olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, məhz birgə səylər, səmimi əməkdaşlıq və ciddi həmrəylik dünyamızı təhdid və təhlükələrdən hifz edə, sülh və sabitliyi təmin edə bilər. Bu gün dünyamızda baş verən problemlərin milli sərhədləri aşması, qlobal  arakter alması faktı sübut edir ki, həqiqətən də məlum problemlərlə mübarizənin ən effektiv yolu beynəlxalq əməkdaşlıq və həmrəylikdir. Prezident İlham Əliyevin müəllifi olduğu təhlükəsizliyin “Azərbaycan modeli” bu gün müharibə, münaqişə və terrordan əziyyət çəkən dünyamız üçün yeganə xilas yoluna çevrilib. Hansı ki, general Əli Nağıyev beynəlxalq tədbirdəki çıxışında məhz bu faktora diqqət çəkib, həmrəylik və əməkdaşlıq zərurətinin hər ötən gün artdığını vurğulayıb.

Onu da qeyd edək ki, Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı mübarizədə daim xüsusi aktivlik nümayiş etdirib, digər dövlətlərin anti-terror səylərini dəstəkləmək, bu mübarizədə yaxından iştirak etməklə qlobal sabitliyə böyük töhfələr verib. Lakin bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə daha ciddi nəticələrin əldə edilməsi üçün Azərbaycanın əməkdaşlıq səylərinin digər dövlətlər tərəfindən daha miqyaslı dəstəklənməsinə ehtiyac var.

Bu baxımdan DTX rəisi Əli Nağıyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında böyük maraqla qarşılanan çıxışı bu coğrafiyada terrorizmə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bunun üçün üzv dövlətlərin bu çağırışdan lazımi nəticələr çıxarması, terrorizmə qarşı mübarizədə həmrəylik və əməkdaşlıq səylərini artırması kifayətdir.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər