Moskva təzyiq altındadır: cəhbədə qüvvələr balansı dəyişir - ISW
Ekskluziv
386
13:03, Bu gün

Moskva təzyiq altındadır: cəhbədə qüvvələr balansı dəyişir - ISW

 
Ukraynanın dron hücumları və logistika zərbələri cəbhədə qüvvələr balansını dəyişməyə başlayıb...
 
Ukraynadakı müharibə son həftələr yeni mərhələyə daxil olur və bəzi istiqamətlərdə təşəbbüs tədricən Ukraynanın tərəfinə keçir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Ukrayna Rusiyanın arxa cəbhəsini vurur
 
Analitiklər qeyd edir ki, Ukrayna ordusu xüsusilə Zaporojye, Xerson və Krım istiqamətlərində Rusiya logistikasına zərbələri gücləndirib. Rusiyanın "Rıbar" "Telegram" kanalı etiraf edib ki, Ukrayna dronlarının dəmir yolu və nəqliyyat infrastrukturuna hücumları Krıma yanacaq və yük daşınmasına təsir göstərməyə başlayıb. Analitiklər hesab edir ki, məhz bu zərbələr cəbhədə vəziyyətin dəyişməsində əsas amillərdən biridir.
Say üstünlüyü artıq kifayət etmir
 
ISW bildirir ki, Kreml hələ də əsas üstünlüyünü canlı qüvvə sayında görür. Lakin Ukraynanın dron texnologiyalarındakı üstünlüyü bu amili ciddi şəkildə zəiflədib. Analitiklərin fikrincə, Ukrayna pilotsuz aparatlarla cəbhə xəttindən arxa bölgələrə qədər geniş "təhlükə zonası" yaradıb.
 
Bu səbəbdən Rusiyanın əlavə səfərbərlik keçirməsi belə vəziyyəti tam dəyişməyə bilər, çünki yeni qüvvələrin ön xəttə çatdırılması özü böyük problemə çevrilib. İSW qeyd edir ki, Ukraynanın logistika, sursat anbarları və komanda məntəqələrinə zərbələri artdıqca Rusiya hücumlarının intensivliyi də azalır.
 
"Oreşnik" barədə şübhələr artır
 
Bu fonda britaniyalı polkovnik Hemiş de Breton-Qordon Rusiyanın reklam etdiyi "Oreşnik" raketi barədə skeptik fikirlər səsləndirib. Onun sözlərinə görə, Moskva bu raketi "müharibənin gedişini dəyişəcək silah" kimi təqdim etsə də, indiyə qədər onun real effektivliyi görünməyib.
 
Analitik diqqət çəkib ki, "Oreşnik" Kiyevə qarşı istifadə olunmayıb. O hesab edir ki, bunun əsas səbəblərindən biri paytaxtın ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemləri ilə qorunmasıdır.
 
Polkovnikin fikrincə, Rusiya son aylarda daha çox psixoloji təsir yaratmağa və mülki əhali üzərində təzyiqi artırmağa çalışır. Lakin o vurğulayıb ki, tarixdə belə strategiyalar əksər hallarda gözlənilən nəticəni verməyib və əksinə müqaviməti daha da gücləndirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər