Səməd Vurğunun avtomobili orada nümayiş olunacaq-“Babam o məktəbdə təhsil alıb, məktəbli partası da var”-ÖZƏL
Ekskluziv
389
12:32, Bu gün

Səməd Vurğunun avtomobili orada nümayiş olunacaq-“Babam o məktəbdə təhsil alıb, məktəbli partası da var”-ÖZƏL

Xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili illər sonra bərpa edilərək Bakıya gətirilib. Bu haqda İctimai tv-də sujet yayımlanıb.


Moderator.az xəbər verir ki, avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa edilib. Səməd Vurğunun nəticəsi, ev muzeyinin direktoru, tanınmış pianoçu Vurğun Vəkilov Moderator.az-a açıqlamasında bildirib ki, avtomobil qazaxlı iş adamlarının təşəbbüsü ilə bərpa olunub:


“Avtomobil 4 il idi ki, Bakıda idi. Üzərində təmir və bərpa işləri gedirdi. Bu məsələnin maliyyə tərəfini qazaxlı iş adamları öz üzərinə götürmüşdü. Avtomobil şairin təhsil aldığı Müəllimlər Seminariyasının Qazax filialının ADA korpusunda yerləşən mərkəzinə veriləcək. Açıq havada nümayiş olunacaq. Orada şair təhsil də alırdı, partası da var və artıq maşını da orada olacaq” deyə o bildirib.


Vurğun Vəkilov Səməd Vurğunun Heydər Əliyev Sarayında 120 illik yubileyinin keçiriləcəyini də bildirib:


“Bilirsiniz ki, yubileylə bağlı ölkə başçısının sərəncamı var idi. 5 iyun tarixində Heydər Əliyev Sarayında böyük tədbir təşkil olunub. Təşkilatçılar ailə ilə mütəmaddi olaraq əlaqə saxlayır. Təbii ki, bizim tövsiyyələrimiz də nəzərə alınır. Şəxsən özüm də bu yubiley tədbirinin hazırlanmasında yaxından iştirak edirəm. Bundan əlavə digər təhsil və mədəniyyət qurumları ilə birgə də şairin ev muzeyində silsilə tədbirlər keçirilir” deyə nəticəsi bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər