Ekskluziv
458
12:16, Bu gün

"Müharibənin gedişi dəyişir": Ukrayna yeni taktika ilə təşəbbüsü ələ almağa çalışır - "Financial Times" 

 
"Pilotsuz aparatların kütləvi istehsalı və yeni döyüş üsulları Kiyevə həm cəbhədə müqaviməti gücləndirməyə, həm də Rusiyanın dərinliklərinə zərbələri artırmağa imkan verir..."
 
Ukrayna son aylarda pilotsuz aparatların geniş istehsalı və yeni taktiki yanaşmalar hesabına müharibənin gedişində müəyyən dəyişiklik yaratmağa çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Dronlar müharibənin əsas alətinə çevrilir
 
Nəşrin yazdığına görə, Kiyev artıq təkcə Rusiya hücumlarını zəiflətməyə deyil, eyni zamanda döyüş əməliyyatlarını daha fəal şəkildə Rusiya ərazisinə daşımağa çalışır.
 
Nəşr qeyd edir ki, Ukrayna hərbi sənayesi xüsusilə FPV və orta mənzilli zərbə dronlarının istehsalını kəskin artırıb. Bu aparatların bir hissəsi Rusiyanın hava limanlarına, sursat anbarlarına və logistika xətlərinə qarşı istifadə olunur.
 
Yeni taktika və dəyişən vəziyyət
 
Yeni taktikalardan biri "pusqu dronları" sayılır: iri pilotsuz aparat hədəf bölgəsinə partlayıcı ilə təchiz olunmuş kiçik kvadrokopterlər çatdırır və onlar uyğun anı gözləyərək hücuma keçir.
 
Ukrayna rəsmiləri hesab edir ki, bu yanaşma canlı qüvvə çatışmazlığını qismən kompensasiya edir və Rusiyanın hücum tempini zəiflədir. Kiyev həmçinin bildirir ki, Avropa dəstəyinin artması və daxili istehsalın genişlənməsi ölkənin Qərbdən asılılığını müəyyən qədər azaldıb.
Müharibənin taleyi hələ həll olunmayıb
 
Bununla belə, nəşr vurğulayır ki, müharibənin taleyi hələ də həll olunmayıb. Rusiya böyük insan və texniki resurslarını qoruyur, Donetsk istiqamətində hücumları davam etdirir və Ukraynanın enerji infrastrukturuna zərbələri sürdürür.
 
Hərbi analitik Frans-Stefan Qadinin sözlərinə görə, qarşıdakı aylar Ukraynanın yeni strategiyasının nə dərəcədə effektiv olduğunu göstərəcək. O bildirib ki, Kiyev dron müharibəsində keyfiyyət üstünlüyü əldə etsə də, Rusiya dəyişən şəraitə uyğunlaşa bilsə, cəbhədə vəziyyət yenidən dəyişə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər