“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır? - ÖZƏL+AÇIQLAMA
Ekskluziv
1127
10:12, Bu gün

“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır? - ÖZƏL+AÇIQLAMA

“Bəyin oğurlanması” filmi Şamaxının Məlhəm kəndində lentə alınıb. İndiyə qədər filmin ekranlaşdırıldığı həyət və ev olduğu kimi saxlanılır. Böyük aktyor heyətinin çəkildiyi filmi illərlə zəif ekran işi adlandırsalar da, film bu gün də böyük tamaşaçı kütləsi tərəfindən sevə-sevə izlənilir.
 
Xalq artisti Şamil Süleymanlı Moderator.az-a açıqlamasında “Bəyin oğurlanması” filminin min bir əziyyətlə ərsəyə gəldiyini bildirib:
“Təsəvvür edirsiz, istehsalata buraxılmış filmi dayandırırlar və rejissoru dəyişdirib, çəkmək üçün verirlər Vaqif Mustafayevlə Ceyhun Mirzəyevə. Onlar yenidən bir də işləyirlər və həmin senaridən belə bir film ərsəyə gətirirlər. Bunu anlayanlar, görənlər bilir ki, “Bəyin oğurlanması” filmində nə qədər əziyyətlər çəkilib! Mən də bilirdim, bəzən hirsləndirirdim Vaqifi ki, bu nədir çəkirsən?! Çünki mən Vaqifin potensialını bilirdim. Mən elə bilirdim ki, Vaqif gəlib dünyanı dağıdacaq. Ağlıma da gəlmirdi ki, ən ağır film elə budur. O Ceyhunla birlikdə bu filmi ərsəyə gətirdi. “Bəyin oğurlanması” filmində ulduzların paradı var idi sanki.. Ulduzlar da ulduzlar idi.. Hərəsinin öz kaprizi var idi. O kaprizlərin qarşısında bu iki cavan oğlanın əziyyəti və əməyi var idi”.
Aktyor filmdə onunla tərəf müqabili olan aktrisa Natavan Məmmədovadan da danışıb:
“Bir neçə il əvvəl mənə görə Zaur Baxşəliyevin verilişinə zəng etmişdi. Ünvanıma xoş sözlər dedi, filmlə bağlı xatirələrini söylədi. Sən demə Natavan xaricdə yaşayır. Hazırda elə də bir əlaqəm yoxdur. Sonra saytlardan oxudum ki, İsraildə masajist işləyir”.
Qeyd edək ki, Natavan Məmmədova ixtisasca memar olub. O 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olan Natəvan bu yöndə olan yarışlara qatılaraq parlaq nəticələr əldə edib. O, 1990-cı ildə kunq-fu üzrə keçirilən Azərbaycan çempionatının bürünc mükafatını alıb. Natəvan Məmmədova 90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər