ABŞ-İran münasibətləri və Körfəz regionunda strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında aparılan diplomatik proseslər son günlər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vaşinqtonun nüvə sazişi üzrə danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlaması ilə paralel olaraq, enerji təhlükəsizliyi və dəniz nəqliyyatının sərbəstliyi məsələlərinin də gündəmə gətirilməsi regionda yeni geosiyasi dinamikanın formalaşdığını göstərir.

Maraqlıdır, ABŞ dövlət katibi Marko Rubionun İranla nüvə sazişi üzrə danışıqlarda “ciddi irəliləyiş” əldə olunduğunu açıqlaması və eyni zamanda Hörmüz boğazının tam açıq saxlanılması istiqamətində Körfəz ölkələri ilə koordinasiyanın gücləndirilməsi regionda yeni təhlükəsizlik balansının formalaşdığını göstərir?
Mövzu ilə bağlı Moderator.az-a Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov açıqlama verib.
Zaur Məmmədov bildirib ki, ABŞ-ın İranla mümkün nüvə sazişi üzrə danışıqlarda “ciddi irəliləyiş” əldə olunduğunu açıqlamasının özü bütün dünya üçün əhəmiyyətlidir:
"Hazırda bütün dünya ciddi siyasi və iqtisadi çağırışlarla üz - üzədir. Bu kontekstdə müharibənin başa çatması, hərbi əməliyyatların davam etdirilməməsi və danışıqların nəticəli başa çatması vacibdir. Bunu ancaq alqışlamaq olar.
Amma bu o demək deyil ki, İran, İsrail və ABŞ arasında ziddiyyətlər bununla da yoluna qoyulur. Xeyr, problemlərin kökü qalmaqdadır və məsələlər bununla da dondurularaq gələcək onillərə saxlanılanacaq".
Pərvin Şakirqızı