ABŞ Ukraynada 500-dən çox tibb müəssisəsində layihələr həyata keçirir
Dünya
146
09:20, Bu gün

ABŞ Ukraynada 500-dən çox tibb müəssisəsində layihələr həyata keçirir

ABŞ Dövlət Departamenti Ukraynada 500-dən çox tibb müəssisəsində, o cümlədən 25 laboratoriyada yoluxucu xəstəliklər, vərəm və HİV-in öyrənilməsi ilə bağlı proqramlar həyata keçirir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin məlumatlarında deyilir.

Məlumata görə, ABŞ-ın dəstəklədiyi tibbi proqramlar Ukraynanın 21 regionundan 16-da icra olunur.

2026-cı ilin mart ayının sonuna olan vəziyyətə əsasən, ABŞ səfirliyi təxminən 10 milyon dollar dəyərində dərman preparatları və digər tibbi vasitələrin tədarükü və paylanmasını idarə edib.

Yoluxucu xəstəliklərin öyrənilməsi ilə bağlı aparılan tədqiqatlarda həmin tarixə qədər 100 mindən çox insan iştirak edib.

Səfirlik həmçinin bu proqramları həyata keçirən 3,5 mindən çox tibb işçisinin fəaliyyətini maliyyələşdirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər