Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən görülən tədbirlərə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi araşdırmalara başlayıb və faktiki məlumatlar əldə edib ki, Putinin milyarder "desantı" Samvel Karapetyanın Rusiyapərəst "Güclü Ermənistan" partiyasının tərəfdarlarından biri, Şirak bölgəsindəki eyni partiyanın Ani icmasının rəhbəri və digər şəxslərlə birlikdə bir sıra seçicilərə Milli Assambleyaya seçkilərdə öz partiyalarına səs vermək şərti ilə 70-200.000 dram(təxm. 322-920 AZN) məbləğində seçki rüşvəti verib.
Moderator.az xəbər verir ki, bu barədə News.am-a Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat çatdırılıb.
Cinayətkar fəaliyyətlərinə qanuni bir görünüş vermək üçün qrup üzvləri seçki rüşvəti alan insanları kampaniya fəalları, könüllülər və regional rəsmilər kimi sənədləşdirərək onlara əslində görülən işlərə görə deyil, əvvəlcədən razılaşdırılmış şəkildə seçkilərdə səs vermək vədinə görə pul ödəyiblər.
Hadisə ilə bağlı Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi başlanıb, bir sıra şəxslər həbs edilib, axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.
Bəyanatda deyilir: "Komitə seçki rüşvətinin verilməsi və bu cinayətkar fəaliyyətlərin müxtəlif formal mexanizmlər vasitəsilə gizlədilməsi kimi pis təcrübədən çəkinməyə çağırır və hər bir belə halın ciddi hüquqi cavabla qarşılanacağı barədə xəbərdarlıq edir".
S.Laçın