“Seçkilərdə Paşinyan qalib gələcək, xalq onu sevir...-Köçəryan isə həm Azərbaycan, həm erməni xalqının düşmənidir...”
Ekskluziv
485
17:07, Bu gün

“Seçkilərdə Paşinyan qalib gələcək, xalq onu sevir...-Köçəryan isə həm Azərbaycan, həm erməni xalqının düşmənidir...”

“Paşinyan erməni cəmiyyətini yaxşı başa salır ki, belələrinin ardınca gedib yenidən “Qarabağ”, “Naxçıvan”, “Qars” və s. xülyalarının qurbanı olmaq olmaz. 80 milyonluq Türkiyə, 10 milyonluq Azərbaycan Respublikası üstəgəl 30-40 milyon İrandakı azərbaycanlılar qarşısında 2 milyonluq Ermənistan heç nə edə bilməz...”
 
“Hesab edirəm ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın və onun komandasının, partiyasının 7 iyun parlament seçkilərində qalib gəlmək şansları çoxdur. Çünki Paşinyan xalqın adamıdır, xalq onu sevir dəstəkləyir, o daim xalqın arasında olur.  8 illik hakimiyyət dövrü göstərdi ki, Paşinyan həm öz xalqını sevən, onun qədrini bilən,  gələcəyini düşünən, həm də dünyadakı, regiondakı, Cənubi Qafqazdakı geo-siyasi reallığı gərk edən bir siyasətçidir.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında əslən Qərbi Azərbaycandan olan keçmiş Baş prokuror Əli Ömərov “Siz həm uzun illər siyasi meydanlarda olmuş, vəzifələrdə çalışmış bir ictimai-siyasi xadim, həm də ermənilərin etnopsixoloji xarakterinə yaxşı bələd olan bir insan kimi Nikol Paşinyanın və komandasının 7 iyun parlament seçkilərində qələbə şansını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən səsləndirib.
 
“Bəs Kreml tərəfindən dəstəklənən Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın və yaxud Putinin milyarder “desantı” Samvel Karapetyanın seçkilərdə qalib gəlmək ehtimalı varmı?” sualına isə sabiq Baş prokuror belə cavab verib:
 
“Onların heç bir şansı yoxdur, zənnimcə. Çünki onları erməni xalqı yaxşı tanıyır. Köçəryan həm Azərbaycan, həm erməni xalqının düşmənidir. Ona görə ki, hər iki topluma qarşı ağır cinayətlər törədib. Karapetyan isə hazırda Ermənistanı öz müstəmləkəsinə çevirmək istəyən Rusiyanın birbaşa adamıdır. Odur ki, belələrinə heç kəs səs verməz. Digər tərəfdən, Paşinyan  neçə illərdir Moskvanın yüz ildən çox müddətdə yoluxdurduğu erməni “xəstəliyi”ni xeyli dərəcədə müalicə edə bilib. Və artıq ermənilərin, məncə, xeyli hissəsi etiraf edir ki, Qarabağ heç zaman erməni torpağı olmayıb və  yaxşı başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, Ermənistanın gələcəyi yoxdur. Köçəryanlar, Karapetyanlar, Sərkisyanlar isə hakimiyyətə gəlsə, ilk növbədə həmin münasibətləri korlamaqla məşğul olacaqlar.  Paşinyan isə erməni cəmiyyətini yaxşı başa salır ki, belələrinin ardınca gedib yenidən “Qarabağ”, “Naxçıvan”, “Qars” və s. xülyalarının qurbanı olmaq olmaz. 80 milyonluq Türkiyə, 10 milyonluq Azərbaycan Respublikası üstəgəl 30-40 milyon İrandakı azərbaycanlılar qarşısında 2 milyonluq Ermənistan heç nə edə bilməz... 
 
Belə düşünürəm ki, zaman hər şeyi dəyişir və irəli gedir.  Və bu seçkilərdə müharibə yox, Paşinyanın sülh komandası qalib gələcək...” 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər