WUF13 şəhərlərin simasını necə dəyişəcək?- Azərbaycandan bəşəriyyətə yeni töhfə!
Ekskluziv
200
21:52, Bu gün

WUF13 şəhərlərin simasını necə dəyişəcək?- Azərbaycandan bəşəriyyətə yeni töhfə!

Bu gün Bakıda bütün dünyada böyük maraqla izlənilən beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumunun (WUF13)  on üçüncü sessiyasına start verilib. Forumda 182 ölkədən 40 mindən artıq iştirak qatılıb ki, bu da WUF13-ə olan beynəlxalq marağın miqyasından xəbər verir.

Niyə məhz Bakı?

Hər şeydən öncə qeyd edək ki, 5 gün davam edəcək WUF13-ün Bakıda keçirilməsinin özü Azərbaycanın beynəlxalq tədbirlərin yüksək səviyyədə təşklatçılığına olan etimadın göstəricisidir. Bu cür mühüm beynəlxalq Forum üçün ölkəmizin seçilməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan müasir dünyada qlobal tədbirləri yüksək peşəkarlıq və təhlükəsizlik şəraitində keçirən azsaylı ölkələrdən biridir və dövlətimiz malik olduğu bu təcrübəni yeni tədbirlər hesabına durmadan zənginləşdirir. Məhz bu səbəbdən də dünya dövlətləri və beynəlxalq təşkilatlar bu cür tədbirlərin Azərbaycanda keçirilməsinə xüsusi maraq göstərir. WUF13 ilə əlaqədar ölkəmizə on minlərlə xarici qonağın gəlməsi faktının özü buna nümunədir.

Hələlik Forumun ilk günü yekunlaşsa da, əminliklə demək olar ki, Azərbaycan bu tədbiri uğurla başa çatdıracaq, WUF13 hər bir iştirakçı tərəfindən hər zaman məmnunluqla xatırlanacaq. Necə ki, artıq indidən tədbirin yüksək səviyyədə təşkil olunması bəzi iştirakçılar tərəfindən vurğulanmaqdadır.

Nümunə üçün qeyd edək ki, WUF13 çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Claudio Barbaro qeyd edib ki, “Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) uğurla təşkil edib”.

Meksika dövlətinin təmsilçisi də Beynəlxalq Forumu yüksək səviyyədə təşkil etdiyinə görə dövıətimizə öz minnətdarlığını bildirib.

Bakıda keçirilən WUF13  Dünya Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Malayziyanın Mənzil və Yerli İdarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti Nga Kor Ming də Azərbaycanın ev sahibi kimi tədbiri böyük peşəkarlıqla təşkil etdiyini qeyd edib. O bildirib ki, “Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir”.

Bu və digər çıxışlar bir daha dövlətimizin beynəlxalq tədbirlərin təşkilindəki peşəkarlığndan, bu peşəkarlığın qlobal miqyasda doğurduğu müsbət əks-sədadan xəbər verir.

WUF13-dən daha gözəl, daha təhlükəsiz, daha təmiz şəhərlərə uzanan yol...

Bakıda keçirilən WUF13 dünyamızın sabahı, şəhərlərimizin gələcəyi baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Çünki bu Forum zamanı səsləndirilən fikirlər, irəli sürülən təkliflər, qaldırılan problemlər daha təhlükəsiz, insan yaşamı üçün daha optimal, ekoloji baxımdan daha təmiz və s. şəhərlərin  yaradılmasına hesablanıb. Bu baxımdan WUF13-ün ilk günü səsləndirilən bəzi açıqlamalr xüsusilə diqqət çəkir.

Məsələn, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Ömər Bulut WUF13 çərçivəsində keçirilən "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı bildirib ki, “mənzil siyasəti sosial ədalətin və dayanıqlı inkişafın mərkəzidir”. Nazir qeyd edib ki, sosial ədalətin təmini, insan ləyaqətinin təmin edilməsi üçün hər kəsin mənzil hüququ təmin edilməli, sosial ədalətin pozulmasına yol verilməməlidir.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Shiomi Hideyuki isə daha çox şəhərlərin təhlükəsizliyi məsələsinə diqqət çəkib. Nazir bildirib ki, “təbii fəlakətlərə davamlı şəhərlərin qurulması əsas prioritetdir”.

Nazir onu da bildirib ki, son illərdə təbii fəlakətlərin daha tez-tez və daha dağıdıcı xarakter alması ölkədə daşqınlardan mühafizə, zəlzələyə davamlı tikinti və operativ təxliyə sistemlərinin gücləndirilməsini zəruri edib.

Çinin mənzil və şəhər-kənd inkişafı naziri Ni Hong isə Çinin “yaxşı ev, yaxşı məhəllə, yaxşı icma və yaxşı şəhər” konsepsiyası əsasında təhlükəsiz, rahat, yaşıl və ağıllı yaşayış mühiti formalaşdırdığını qeyd edib. Eyni zamanda bildirib ki, şəhərlərin gələcəyi dünya dövlətlərinin birgə səylərindən asılıdır və bütün digər məsələlər kimi bu məsələdə də həmrəyliyə ciddi ehtiyac var.

Bir sözlə, əminliklə demək olar ki, WUF13-dən sonra bəşəriyyətin ənənəvi şəhər məfhumu və konsepsiyasına baxışı dəyişəcək, bu Forum müasir dövrün tələblərinə cavab verən yeni tip şəhərlərin meydana çıxmasına, şəhərlərlə bağlı yeni təfəkkür və yanaşmaların formalaşmasına təkan verəcək. Və bu yeni, inqilabi, müsbət dəyişikliyin əsasıdna isə Azərbaycanın ev sahibliyi etdiyi WUF13 dayancaq.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər