Putinin yaxın çevrəsindəki bu şəxs ona qarşı çevriliş edə bilər...-Trampın eks müşaviri 
Ekskluziv
193
07:26, Bu gün

Putinin yaxın çevrəsindəki bu şəxs ona qarşı çevriliş edə bilər...-Trampın eks müşaviri 

ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton (2018-2019) Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Rusiya prezidenti Vladimir Putinə qarşı mümkün sui-qəsddə əsas fiqur olduğunu hesab edir.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, C.Bolton  bu fikrini "War & Politics 24"  "YouTube" kanalında bildirib.
 
Trampın eks-müşaviri Avropa kəşfiyyatının hesabatına istinadla Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunu Putinin siyasi sistemi üçün "potensial qeyri-sabitləşdirici amil" adlandırdığı barədə media xəbərlərini şübhə altına alıb.
 
"Şoyqunun Rusiya hökumətinə rəhbərlik etmək ambisiyaları varmı? Yəqin ki, bəli. Bəs təhlükəsizlik qüvvələri daxilində koalisiya yaratmaq üçün siyasi potensialı varmı? Əmin deyiləm. Onu ən çox ehtimal olunan namizəd adlandırmazdım", - Con Bolton qeyd edib.
 
Onun fikrincə, Baş Qərargah rəisi Valeri Gerasimov Rusiyada belə bir rolu yerinə yetirməyə qadirdir.
 
Amerikalı respublikaçı siyasətçi və diplomat bildirib ki, "Əgər kimsə belə bir rol oynaya bilsəydi, mən çox güman ki, Gerasimovu - əslində birgə hərbi komandanlığın sədrini göstərərdim. Bu, mülki blokdan daha çox, ordunun, kəşfiyyatın, "FSB"-nin və ya "QRU"-nun nümayəndəsi ola bilər".

Bolton qeyd edib ki, onun fikrincə, Rusiya hökumətinə potensial daxili təzyiq mənbələri daha çox hərbi və təhlükəsizlik qurumlarında tapıla bilər.

O, həmçinin diqqətə çatdırıb ki, uzun sürən müharibə və orduda əhval-ruhiyyənin öləziməsi fonunda Rusiya hərbi elitasının bəzi üzvləri arasında Vladimir Putinə qarşı narazılıq arta bilər.

O, 2022-ci ilin fevral ayında tammiqyaslı işğal başlayandan bəri Ukraynanın müqavimətini nəzərə alsaq, bunun qaçılmaz olduğunu iddia edib.

Lakin Con Bolton fərziyyələrini bir qədər yumşaldaraq qeyd edib ki, Kremldəki hakimiyyət strukturu xarici müşahidəçilər üçün son dərəcə qeyri-şəffafdır.

Xatırladılır ki, Qərb mediası bundan əvvəl Rusiya diktatoru Putinin yaxın ətrafının gizli şəkildə ona nifrət etdiyini və onun bir il ərzində çevrilişlə devriləcəyini bildirmişdi.

S.Laçın
Link kopyalandı!
Son xəbərlər