Çin İrandakı müharibənin bitməsinə necə kömək edə bilər?.. – Rubio
Ekskluziv
263
10:20, Bu gün

Çin İrandakı müharibənin bitməsinə necə kömək edə bilər?.. – Rubio

ABŞ Dövlət Katibi Marko Rubio "Fox News"-da çıxış edərək Vaşinqtonun Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini açıqlayıb. O, ABŞ-ın Pekini Tehrana qarşı daha sərt mövqe tutmağa inandırmağa ümid etdiyini söyləyib. Amerika tərəfi hesab edir ki, Çin İranın Fars körfəzindəki qeyri-sabitlik yaradan hərəkətlərinə son qoyulmasını daha fəal şəkildə dəstəkləməlidir.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
 
Aparıcı ilə söhbətdə Rubio Çin gəmilərinin münaqişə zonasında olduğunu xatırladıb və onlardan biri ötən həftə sonu İran qüvvələri tərəfindən zədələnib. Hadisənin ciddiliyinə baxmayaraq, siyasətçi bunun Çinə qarşı planlaşdırılmış hücum olmadığını etimal edib.
 
Daha ətraflı
 
"Əminəm ki, İran bunu qəsdən etməyib, amma bu, baş verdi", - deyə Dövlət katibi bildirib və əlavə edib ki, nəticədə Çin donanması problemli bölgədə faktiki olaraq bloklanıb.
 
Marko Rubio vurğulayıb ki, İranın hazırkı siyasəti "böyük qeyri-sabitlik mənbəyinə" çevrilib. O, izah edib ki, Fars körfəzindəki eskalasiya iqtisadiyyatları boğazlardan keçən enerji təchizatından kritik dərəcədə asılı olan Asiya ölkələri üçün birbaşa təhlükə yaradır.
 
Diplomat Çin üçün iqtisadi təşviqlərə xüsusi diqqət yetirib.
 
Rubio Hörmüz boğazında gəmiçiliyin normallaşdırılmasının ilk növbədə Çinin özünə fayda verəcəyini əsas gətirərək Pekinin müdaxiləsinin zəruriliyini müdafiə edib. Onun fikrincə, qlobal böhran digər ölkələrin alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq ki, bu da Çin ixracatının kəskin şəkildə azalmasına səbəb ola bilər.
 
"Buna görə də, bu məsələni həll etmək onların maraqlarına uyğundur", - deyə Rubio qeyd edərək, Pekinin İran rəhbərliyinin kursunu dəyişdirmək üçün real səy göstərməsinin vaxtı çatdığını vurğulayıb.
 
Daha əvvəl Çinin ABŞ-la müharibə üçün İrana gizli silah satmağı planlaşdırdığını bildirilmişdi. Çin şirkətlərinin ABŞ-a qarşı hərbi əməliyyatların növbəti mərhələsi üçün İranı güclü silahlarla təchiz edəcəyi ehtimal olunur.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər