“Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı”
Ekskluziv
273
01:21, Bu gün

“Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı”

“Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı”.

Moderator.az xəbər verir ki, bunu millət vəkili, akademik Ziyad Səmədzadə bildirib. Millət vəkili qeyd edib ki, müharibə illərində Bakı SSRİ-nin neft ehtiyacının 80%-ni qarşılayıb ki, bu da onun necə böyük, həyati rol oynadığını göstərir:

“XX əsrin əvvəllərində dünya neftinin 50%-ni Bakı verirdi. İkinci Dünya müharibəsində SSRİ-nin neft ehtiyacının 80%-ni Bakı qarşılayırdı. Buna görə də 1942-ci ildə faşistlər Qafqaza yaxınlaşan zaman Moskva Bakıdakı bütün neft mədənlərinin minalanması əmrini verdi. Məqsəd Bakı neftinin faşistlərin əlinə keçməsinə imkan verməmək idi. Şükürlər olsun ki, buna ehtiyac qalmadı. Bakı nefti faşizm üzərində qələbəni təmin etdi.

Faşizm üzərində qələbədən 81 il ötsə də, Bakı nefti və onun bəşəriyyətin tarixi zəfərində həlledici rol oynaması həqiqəti həqiqət olaraq qalır. Bu fakt sübut edir ki, xalqımız faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, bütün xalqların azadlığına tarixi töhfə verib”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər