Bizi sosial şəbəkələrdən izləyin:
İranın “Hizbullah” qəzetinin baş redaktoru Məhəmməd Baqir Xərrazi “X” hesabında paylaşım edərək, İranın xarici işlər naziri Abbas Əraqçıya qarşı ağır ittihamlar səsləndirib.
Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.
Xərrazi iddia edib ki, Əraqçı mərhum ali lider Əli Xameneiyə qarşı mümkün sui-qəsd planında rol oynaya bilər.
Onun sözlərinə görə, Əraqçının bir yüksək səviyyəli görüşündən sonra İran liderinin iqamətgahının “hədəfə çevrilməsi” təsadüf ola bilməz.
Sərt xətt tərəfdarı dairələrə yaxınlığı ilə tanınan bu qrup Əraqçını, həm də, ABŞ və İsrail mövzusunda “yumşaq mövqe” sərgiləməkdə günahlandırıb və çıxışlarında tərəflər arasında fərq qoymağa çalışdığını vurğulayıb.
Daha da sərtləşən Xərrazi hazırkı diplomatik danışıqlara da toxunaraq deyib:
“Əgər hazırkı danışıqlar "JCPOA"(qeydə bax- S.L.) kimi bir öhdəliyə çevrilərsə, küçə etirazları yaratmaqdan və Xarici İşlər Nazirliyini və Pezeşkian administrasiyasını məhv etməkdən bir an belə çəkinməyəcəyik”.
S.Laçın
Qeyd:
"JCPOA" (Joint Comprehensive Plan of Action), azərbaycanca Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP), daha çox İranın nüvə sazişi kimi tanınan beynəlxalq müqavilədir. Bu saziş 2015-ci il iyulun 14-də Vyanada İran ilə "beş üstəgəl bir" qrupu (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa + Almaniya) və Avropa İttifaqı arasında imzalanıb