Yalançılar piylənmə, depressiya, xərçəng və s. mərəzlərə düçar olur…-ARAŞDIRMA
Ekskluziv
320
20:40, Bu gün

Yalançılar piylənmə, depressiya, xərçəng və s. mərəzlərə düçar olur…-ARAŞDIRMA

“Yalançı əldə edilən nəticədən zövq və eyforiya hissləri və "hər şeyə qadirlik" hissi ilə yanaşı, günahkarlıq, qorxu və utanc kimi mənfi emosiyalar yaşayır...”
 
“Tez-tez yalan danışmağa meyilli olan insan yalnız aldatma zamanı deyil, həm də sonradan - ardıcıl olmaq və yaxalanmaqdan, yalanının üstünün açılmasından qaçmaq üçün stress yaşayır...”
 
"Həqiqətən, insanın bədənində bir ət parçası var ki, əgər yaxşı olarsa, bütün bədəni yaxşı, pis olarsa, bütün bədəni pis edir. Və gerçəkdən də, həmin parça ürəkdir, qəlbdir…”- Məhəmməd Peyğəmbər əleyhissəlam.
 
Moderator.az dəyərli oxucuların marağını nəzərə alaraq tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın "Yalan danışmaq- stress səbəbi kimi" başlıqlı növbəti qeyri-adi araşdırma yazısının tərcüməsini təqdim edir:
“İslamda yalan danışmaq aşağıdakı üç hal istisna olmaqla, pislənir: 
1. Müharibə zamanı. 
2. Münaqişə tərəflərini barışdırmaq məqsədi ilə. 
3. Həyat yoldaşını  razı salmaq üçün fəzilətlərini şişirtmək məqsədi ilə...
 
Yalan danışmağın tədqiqatlar nəticəsində ortaya çıxan nəticələrini araşdırdıqdan sonra onun qadağan edilməsinin, digər səbəblərlə yanaşı, insanın sağlamlığı, münasibətləri və imanı ilə bağlı narahatlıqla əsaslandırıldığını görmək olar...
 
Yalan danışmaq fenomenini araşdıran alimlər onun nəticələrinə piylənmə, xərçəng, narahatlıq, depressiya, hansısa zərərli vərdişdən asılılıq, işdən narazılıq və münasibət problemləri riskini daxil edilə biləcəyinə əmindirlər. Bu təsirin əsas səbəblərindən biri yalan danışmağın yalançıda stress yaratması olduğuna inanılır. Bu stress həm fiziki, həm də emosionaldır, faktlar və insanın mövqeyi arasındakı uyğunsuzluqdan irəli gəlir. Daimi stress immun sistemini zəiflədir və nəticədə müxtəlif xəstəliklərə yol açır. Tez-tez yalan danışmağa meyilli olan insan yalnız aldatma zamanı deyil, həm də sonradan - ardıcıl olmaq və yaxalanmaqdan, yalanının üstünün açılmasından qaçmaq üçün stress yaşayır...
Uzun müddətdir emosiyaların təbiətini və xüsusiyyətlərini, şəxslərarası ünsiyyəti və yalan aşkarlamasını araşdıran amerikalı psixoloq Pol Ekman iddia edir ki, yalanın keyfiyyəti yalançının yaşadığı emosiyalarla sıx bağlıdır. Yəni, yalan nə qədər mürəkkəbdirsə, yaşadığı emosiyalar da bir o qədər mürəkkəb və "kütləvidir"...
 
Yalançı əldə edilən nəticədən zövq və eyforiya hissləri və "hər şeyə qadirlik" hissi ilə yanaşı, günahkarlıq, qorxu və utanc kimi mənfi emosiyalar yaşayır... 
 
İnsanın düşüncələri və hissləri onun sinir və immun sistemləri ilə bağlıdır. Yalançının daxili narahatlıqları stressə səbəb ola bilər ki, bu da disbalansa, həyati qüvvələrin və sağlamlığın məhvinə səbəb olur...
 
Yalan antisosial şəxsiyyət strukturunun təzahürü hesab olunur və bəzi elm adamlarına görə, zaman keçdikcə daimi narahatlıq, depressiya, fiziki xəstəliklər və psixoloji problemlər hissiyyatı içində çabalamağa səbəb olur... 
Emosiyalar, niyyətlər, davranış və düşüncələr arasındakı uyğunsuzluq olan yalan bir çox psixoloji problemlərin və şəxslərarası (və digər) münaqişələrin əsasını təşkil edir...
 
Başqa bir araşdırmanın nəticələri göstərib ki, yalan danışmaq stressi tətikləməklə insanlarda sinir xəstəliklərinin simptomlarına səbəb olur: fobiyalar, pozğunluqlar, nevrozlar, qorxular, yuxusuzluq və s. Bu, psixoloji məhvin ilk mərhələsidir, ardınca daha ağır xroniki xəstəliklər gəlir...
 
Bu, Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) sözlərini xatırladır:
 
"Həqiqətən, insanın bədənində bir ət parçası var ki, əgər yaxşı olarsa, bütün bədəni yaxşı, pis olarsa, bütün bədəni pis edir. Və gerçəkdən də, həmin parça ürəkdir, qəlbdir" (əl-Buxari, Müslim).
 
Bəlkə də yalan ürəyi ən tez pozan və bədəni məhv edən əxlaqsızlıqdır. Bunun həm də möminə xas olmayan bir keyfiyyət kimi təsvir edildiyini nəzərə alsaq, yalanın imanla uyğun gəlmədiyi ortaya çıxır..." 
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər