Almaniyadan ABŞ-yə cavab:
Dünya
148
22:17, Bu gün

Almaniyadan ABŞ-yə cavab: "NATO-da heç bir çatışmazlıq yaranmayacaq"

"Vaşinqtonun Almaniyadakı hərbi kontingentinin sayını azaltmaq barədə qərarından sonra NATO-nun Avropadakı ənənəvi çəkindirmə imkanlarında heç bir çatışmazlıq yaranmayacaq".

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

"Biz bu vəziyyəti öz şəxsi imkanlarımızın daha sürətli inkişafı və yerləşdirilməsi üçün növbəti bir çağırış kimi qəbul etməliyik. Sadəcə olaraq başqa yolumuz yoxdur", - deyə nazir Afinada keçirilən mətbuat konfransında qeyd edib.

O, həmçinin vurğulayıb ki, hansı qərarların artıq qəti şəkildə qəbul edildiyini və vəziyyətə təsir etmək üçün Berlinin əlində hansı vasitələrin qaldığını anlamaq məqsədilə Almaniya ABŞ ilə sıx dialoqu davam etdirməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər