“Onlar hələ də Vətən müharibəsində əldə etdiyimiz zəfərə paxıllıq edirlər”.
Bu sözləri Moderator.az-a açıqlamasında professor Cahıngir Məmmədli bildirib. Professor qeyd edib ki, ölkəmizə qarşı irəli sürülən ittihamların arxasında əsasən bu amil dayanır:
“Son vaxtlar xaricdəki bəzi qüvvələr, ermənipərəst dairələr Azərbaycan əleyhinıə əsassız ittihamlar səsləndirməkdə, yalanlar tirajlamaqdadılar. Reallıq bundan ibarədir ki, onlar dövlətimizin əldə etdiyi 8 Noyabr zəfərini həzm edə bilmirlər. Məhz buna görə də ölkəmiz haqqında yalanlar uydurur, böhtanlar səsləndirirlər. Lakin onlar bilməlidirlər ki, heç bir yalan bu qələbəyə kölgə sala, onun əzəmətini azalda bilməz. Azərbaycanın həqiqəti bütün bu ittihamların, yalanlanların fövqündədir və hər zaman da belə qalacaq”.
Seymur ƏLİYEV