“Meloninin Bakı səfəri İtaliya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək”
Ekskluziv
896
15:09, Bu gün

“Meloninin Bakı səfəri İtaliya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək”

Məlum olduğu kimi, İtaliyanın Baş naziri Corcia Meloni mayın 5-də Azərbaycana səfər edəcək.

Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu səfərin Azərbaycan-İtaliya münasibətlərinin inkişafı baxımından mühüm önəm daşıdığını vurğulayıb:

“İtaliya Azərbaycanın strateji tərəfdaşı, Avropa Birliyində ən yaxın partnyorudur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında İtaliya Azərbaycanın rolunu yüksək qiymətləndirir və dəyərləndirir.

Azərbaycanın İtaliya ilə müxtəlif formatlarda münasibəti, əməkdaşlığı var. İki dövlət arasında parlamentlərarası münasibət mövcuddur. Dövlət rəhbərləri arasında da bir neçə dəfə görüş və danışıqlar baş verib.

İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biridir. İtaliya bizdən neft məhsulları almaqla yanaşı, Cənub Qaz Dəhlizinin inşasında da vacib rol oynadı. İndi Avropanın 10-dan çox ölkəsi Azərbaycandan bu dəhliz vaitəsilə qaz alır. Bunun həm Avropa, həm də Aasiya qitəsi üçün böyük faydası var.

Tərəflər arasında siyasi dialoq da intensiv şəkildə davam etdirilir.

 Azərbaycan və İtaliya gələcəklə bağlı çağırışların mahiyyətini aydın başa düşür və bunlarınm icrası istqiamətində sistemli iş aparır. Bu baxımdan İtaliya Baş nazirinin Azərbaycana səfərinin iki dövlət arasındakı əməkdaşlğın daha da genişlənməsinə töhfə verəcəyi şübhəsizdir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər