78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
Ekskluziv
Oxunub: 6273
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı Seyran Səxavətin 78 yaşı tamam olur. Bu münasibətlə Moderator.az kollektivi olaraq Seyran müəllimi təbrik etdik, onun 78 illik həyat yoluna nəzər saldıq. 
-Seyran müəllim, yaşayıb-yaradan bir yazar üçün 78 yaş ömrün hansı mərhələsidir? 
 
-Deyirlər ömür mərhələlərdən ibarətdir. Amma əslində mərhələ-falan uydurmadır. İnsanın bir ömrü var, o da şərtidir - uşaqlıq, yeniyetməlik, cavanlıq, qocalıq... Bu ömrün fövqündə bir şey dayanır - insan. 
 
- Nədir bəs ondan yuxarı?
 
-İnsandan da yuxarı onun ruhudur. Ruhun da yaşı olmur. Özümü ruhumun yaşı ilə nizamlayıram. Ruh da məni nizamlayır. 
 
 
- O ruhla yola gedirsinizmi?
 
- Bəzən... Ruha böyük hörmətim var. Münasibətimiz də yaxşıdır. Elə böyük bir münaqişəmiz də olmayıb, əl-ələ verib bir-birimizi  yola vermişik. Məni də yola vermək elə asan deyil.  Ruhuma minnətdaram ki, məni yola verir. Mən də çətin adamam. Bir az kövrək, bir az da kobud... Amma çox həssasam, məni ağlatmaq heç də çətin deyil. 
 
-Yerli telekanallara verdiyiniz müsahibələrdə bəzən həmkarlarımın sizi ağlatdığının şahidi olmuşuq. 
 
- Əslində, özüm də bir az ağlamağa meyilliyəm. Bilirsən, qızım, bu nədən qaynaqlanır?  Dostlarım hamısı  gedib, mən tək qalmışam. Vay o axıra qalanın halına... 
 
 - Onlar üçün darıxırsınız?
 
 - Darıxmaq məsələsi deyil. Mən 1964-cü ildən Bakıda yaşayıram və elə hesab edin ki, birdən-birə bu şəhəri sənin əlindən alırlar. Qadağan da etmirlər ha, əlindən alırlar. Ümumiyyətlə, şəhərini yox edirlər. O dostlarım var ha, mənsiz bir tikə çörək də yeməz, mənsiz heç yana getməzdilər. Amma bu dəfə aradan çıxdılar, məni aparmadılar. Tək qalmışam, çox çətindir... Bilirsən, qızım, qalmışam uşaq-muşaq əlində. 
 
 
- Ən  çox kimin üçün darıxırsınız?
 
- Hamısı üçün.  Dostlarımla biz bir insan idik. Sadəcə, bizi bir neçə adam şəklinə bölüb atmışdılar bu dünyaya. Yəni bu, darıxmaq deyil. Bir dəfə verilişlərin birində dedilər ki, Fuad Poladovu necə xatırlayırsınız? Dedim ki, mən Fuad Poladovu heç vaxt xatırlamıram. Olmayan adamı xatırlayırlar. Fuad  mənim üçün bu gün də var, dostluğumuz hələ də davam edir. 
 
- Müsahibələrinizin birində demişdiniz ki, Fuad Poladov gəlib sizin oxuduğunuz universitetə, sizə salam verdikdən sonra  tələbə yoldaşlarınızın yanında hörmətiniz artıb.
 
- “Blatım” qalxmışdı e. Mən Şərqşünaslıqda oxuyurdum. Azərbaycan  şöbəsi olsa da, orada tələbələr rus dilində danışırdılar. Mən də rayondan gəlmiş, saf kənd uşağı. Özümü burada qərib hiss edirdim. Tamam başqa bir mühit idi. Baxmayaraq ki, onlar rus dilində danışırdılar, sonra onların hamısı ilə yaxın oldum. Amma dünyanın məşhur dillərindən başqa, bir dili də var. Hər fərdin öz dili var. Elə şeylər var, onları fərdin  öz dilində demək lazımdır ki, birbaşa onluğa dəysin. Həyat son dərəcə qəlizdir... Biz çox əziyyət çəkdik. Xüsusən də son 30 ildə. Dostlarımla Rəşid Behbudov adına Mahnı Teatrına yığışırdıq. Ağır günlər idi,  Qarabağı itirmişdik, başıaşağı gəzirdik, dili gödək, üzüqarayıq...
 
 
- Qeyd etdiniz ki, 30 il başıaşağı, üzüqara gəzirdiniz. Bəs indi necə?
 
- Başıaşağı gəzirdik ona görə ki, erməni dığası gəlib oturmuşdu evimin içində, stolmun  yuxarı başında. İndi onları məhv etdik, Ali Baş Komandanımız demişkən, onları iti qovan kimi qovduq. 28 il bundan qabaq Qarabağ işğal olunanda dedim nə qədər ki, Qarabağ erməni işğalı altındadır lap aşağıdan yuxarıya qədər kim özünü kişi hesab edirsə, etsin, mən özümü kişi hesab eləmirəm. Kişilikdən istefa verirəm. Amma məlum hadisələrdə mənə zəng gəldi, dedilər ki, sizə Şuşadan zəng edirik.  Kişilikdən istefa barədə ərizənizə baxıldı və ərizəniz qəbul olunmadı.
 
- Bu gün 18 yaşlı rayondan gələn saf, təmiz Seyran Səxavətlə qarşılaşsaydınız, ona nə deyərdiniz?
 
- Mərhum sənətkarımız Qədir Rüstəmovdan ilk və son müsahibəni mən almışam. Bir dəfə ona sual verdim ki, “səsiniz batsa, nə edərsiniz?”. Dedi ki, səsim batanda gələrsən deyərəm. İndi bu 18 yaşında Seyranla görüşməyim çətin məsələdir. O Seyran xeyli səhvlər edib, aydan arı, sudan duru olmayıb. Odsuz yaşaya bilmərik, amma odun bir ucu həyatdırsa, bir ucu da ölümdür. İnsan da bunlara oxşayır. 
 
- Özünüz haqqında danışarkən qeyd etmisiniz ki, “İçimdə bir Seyran Səxavət ssenarisi var.  Allahın mənə yazdığı ssenariləri oxuyuram”. Adətən ssenariləri siz yazırsınız. Allahın yazdığı bu ssenariyə hər hansı şikayətiniz yoxdur ki?
 
- Bu elə bir ssenaridir ki, onu redaktə etmək, yenidən yazmaq... İlahinin yazdığı ssenarini dəyişməyə kimin nə haqqı var? İndi başa düşürəm ki, mən o ssenaridə baş rolu - Seyran  Səxavəti çox oynamamışam. 
 - Əlinizdə redaktə imkanı olsaydı, nələri dəyişərdiniz? 
 
- Qələmim o qüdrətdə olsaydı, bizə kimi qonşu verirsə-versin, ermənini qonşuluqdan çıxarmasını yazardım. Onları hara salırsa- salsın, bizim qonşuluğumuzda salmasın. 
 
Daha sonra 1813-1828-ci illərdə “Gülüstan və Türkmənçay” müqavilələrini yazmağa qoymazdım. O müqavilələr bizi iki hissəyə parçaladı.

 

- Demisiniz ki, təəccüblənməyən adamdan heç nə çıxmaz. Bu gün Seyran Səxavəti nə təəccübləndirir? 
 
- Təəccüblənməyən adam ölüdür, tabutdur. Bu gün bir şeyə təəccüblənirəm ki, indi insalar heç nəyə təəccüblənmirlər. Bu, bəşəriyyətdə öz-özünə tormuzlanma yaradır. İnsan beynində iki milyondan artıq hüceyrə var, hər dəfə təəccüblənəndə onlardan 5-6-sı açılır.  Açılmayanda sən olursan bir meyit, yaxşı qoyun əti. 
 
- Bu gün telekanallarda bayağı verilişlər, ailə-məişət mövzuları tez-tez təqdim olunur. Bu məsələyə münasibətiniz necədir?
 
- Bu mövzuya heç mənim münasibətim yoxdur. Bunun özü də bir münasibətdir. Mən iyərnirəm, ürəyim bulanır onları görəndə. Ailə nədir, nə zaman ailə olur? Ailə sirri deyilən bir şey var. Reytinq xatirinə, pul xatirinə... Mən o pulu onlara halal eləmirəm. Azərbaycan televiziyasında antisanitariya ilə məşğuldurlar. Onları bağışlamıram. Onların qazandıqları pul burunlarından gəlsin, haramları olsun. Həmin verilişlərə də elə adamları ekspert kimi çıxarırlar ki, özünün min problemi var. Durub rayondan gələn bir avam insana ağıl verir.  O rayondan gələnə də deyən lazımdır, oradan bura bax nəyə gəlmisən, nə gəzirsən verilişdə? Bizdə milli şüur sıfırdan aşağıdır.  Milli şüuru tənzimləyən, cilalayan təhsildir. Təhsil isə milli şüurun özündən də aşağıdır. Onun özünün köməyə ehtiyacı var. Darmadağın olub. Ümumiyyətlə, bizdə bütün dəyərləri vururlar. Bəzən düşünürəm ki, sanki bizdə bir təşkilat var, ancaq Azərbaycan dəyərlərini vurmaqla məşğuldur. 
 
 - Bir dəfə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə  qarşı çıxmısınız.
 
- Komitəyə qarşı çıxmamışam. Komitənin adına qarşı çıxmışam, yaxşı da eləmişəm. Ailə, Qadın, Uşaq Problemləri üzrə... Bəs biz kişilərin ailəyə aidiyyəti yoxdur? Kişinin ailəyə aidiyyəti yoxdur? O qədər absurd və gülməli addır ki... Kim qoyub bu qurumun adını? Elə ad olar? Elə “Ailə” komitəsi olsun də. Ailəyə qadın da gedir, uşaq da. 
 
- Bu gün əsas mövzulardan biri Qarabağın işğaldan azad olunmasıdır. Niyə Qarabağdan bəhs edən ssenari yazmırsınız deyəndə qeyd etmisiniz ki, “Qarabağ artıq ədəbiyyat mövzusu olmaqdan çıxıb. Xalqa kitabda alınan Qarabağ lazım deyil”. Bəs bu gün necə düşünürsünüz?
 
- Biz Qarabağı kitabda yox, həyatda azad etdik.  O vaxt bu fikri çox hikkə ilə demişdim ki, Qarabağ ədəbiyyat mövzusu deyil, onu döyüşərək, döyüş meydanında almaq lazımdır.  Kitabda, romanda alınan Qarabağ mənə lazım deyil.  Hələ ki, bu fikirdəyəm, bəlkə sabah başqa bir fikirdə olacam, bilmirəm. Azərbaycan əsgəri, Ali Baş Komandan elə bir ssenari yazdı ki... Mən hərifəm? Oturum ssenari yazım, onun yanında adi görünsün? 
 
- Ötən ay dünyaca məşhur alimimiz Rafiq Əliyevlə söhbətimizdə qeyd etdi ki, coğrafi ərazilərimizi işğaldan azad edə bilsək də, mənəvi ərazilərimiz hələ də işğal altındadır.  Bu fikirlə razısınızmı?
 
- Rafiq Əliyev dünya masştablı şəxsiyyətdir. Dostum olduğu üçün demirəm, düz deyir. Mənəvi ərazilərimizi azad edib müəyyən səviyyəyə qaldırmaq üçün bizim yaxşı təhsilə ehtiyacımız var. 
 
- Maraqlı söhbət üçün təşəkkür edirik. Seyran müəllim, son olaraq yeni yaşınızda özünüzə nə arzu edirsiniz?
 
 - Allah onu nəzərə almır. Gərək insanlar sənə nəsə arzu etsin. O kişidən bir diləyim var ki, mən həmişə at belində, hərəkətdə olmuşam. Məni o tərəfə aparanda bir anın içində, yuxudan aparsın. Bu zamana qədər heç kimə əziyyət verməmişəm, vermək də istəmirəm.
 
- Doğum gününüzü necə qeyd edəcəksiniz? 
 
 -Dostlarım əlaqə saxlayır. Hərə bir yerə dəvət edir. Mən plan qurmuram, nə plan quracam?  Ən böyük plan odur ki, dünyaya gəlmişəm. 
 
Təşəkkür edirik. Sizi bir daha təbrik edirik!
 
Xəyalə Rəis
 Moderator.az saytının baş redaktoru

 

 
Oxşar xəbərlər
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:47
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
26 Apr 2024 | 13:19
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:47
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
26 Apr 2024 | 13:19
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR