Rusiya Milli Ordu günümüzdə də Laçın şəhərini virtual “işğal”da saxladı...-20 gündən çoxdur...
Ekskluziv
4301
26 Jun 2023 | 13:39

Rusiya Milli Ordu günümüzdə də Laçın şəhərini virtual “işğal”da saxladı...-20 gündən çoxdur...

“Digər bir diqqətçəkən məqam Rusiya MN-in bəhs edilən xəritələrində  mayın 31-i ilə müqayisədə Laçın şəhərinin işarəsinin günbəgün “dəhliz”in daha da dərinliyinə çəkdirilməsidir. Sanki bu,  Azərbaycan media və ictimaiyyətindən gələn narazılığın tamamilə ziddinə olaraq edilir...”
 
Xəbər verdiyimiz kimi, Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində artıq 2 il 7 aydan çoxdur ki, müvəqqəti(!)  qalmaq  şərti ilə yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti  2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-dən etibarən yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonasına daxil etməyə başlayıb.
Moderator.az-ın son araşdırmasından bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 2 iyun 2022-ci il tarixində axşam saatlarında təqdim edilmiş dislokasiya xəritəsində Laçın şəhəri  kənarda göstərilsə də, 4 iyun 2022-ci ilə aid xəritədə bu şəhərimiz yenidən həmin yadelli hərbi birləşmənin məsuliyyət zonasında göstərilib. Və bundan sonra fasilələrlə uzağı 5 gün Laçın şəhəri Rusiya kontingentinin virtual nəzarətindən kənarda qalıb. Rusiya MN-in dünən, yənin iyunun 25-də təqdim etdiyi və bu gün - Azərbaycanın Milli Ordusunun yaranmasının 105 illiyini qeyd etdiyi 26 iyunda da təqdim olunan dislokasiya xəritəsində də Laçın şəhərini “sülhməramlı”ların məsuliyyət zonasına daxil edib...
 
Beləliklə, Rusiya MN 20 gündən çoxdur ki,  Azərbaycan Respublikasının Laçın rayonunun bu günədək 70 ailə və ya 266 soydaşımızın qayıdışının təmin edildiyi mərkəzini virtual “işğal”da saxlayır. 
 
Üstəlik,  bəhs edilən xəritədə, əvvəlki bir çox günlərdə də  olduğu kimi, “sülhəramlı” kontingentin Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla və  ermənilərin istədiyi kimi xəritədə “Kirov” adlandırdıqları Kiçik Qaladərəsi kəndindən və Laçın rayonunun Ağanus kəndi ərazisindən keçməklə Laçın şəhərini də tam əhatə edən patrul marşrutu həyata keçirdikləri də qeyd olunub...
Digər bir diqqətçəkən məqam Rusiya MN-in bəhs edilən xəritələrində  mayın 31-i ilə müqayisədə günbəgün Laçın şəhərinin işarəsinin “dəhliz”in daha da dərinliyinə çəkilməsidir. Sanki bu,  Azərbaycan media və ictimaiyyətindən gələn narazılığın tamamilə ziddinə olaraq edilir...
Və bir daha xatırlatmağa məcburuq: Rusiya tərəfinin, yəqin ki, “təsadüfi, texniki xəta” adlandıracaqları bu virtual işğal məhz  Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncədən başlayıb...
Qeyd edək ki, bu günədək Azərbaycan dövlətinin heç bir müvafiq qurumu tərəfindən Rusiya Müdafiə Nazirliyinin bu “n”-inci “texniki xətası”na rəsmi reaksiya verilməyib...
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər