ABŞ-də milli borcun həcmi ölkə iqtisadiyyatını geridə qoyub
Dünya
142
20:27, Bu gün

ABŞ-də milli borcun həcmi ölkə iqtisadiyyatını geridə qoyub

ABŞ-nin dövlət borcu İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkənin iqtisadi həcmindən daha yüksək səviyyəyə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "Fox Business News" (FB) telekanalı məlumat yayımlayıb.

İqtisadi Təhlil Bürosunun (BEA) hesabatına əsasən, ölkənin milli borcu 31,27 trilyon dollara yüksəlib, mart ayına olan məlumatlara görə isə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 31,22 trilyon dollar təşkil edib.

Nəşrin məlumatında vurğulanır ki, bu göstəricilər nəticəsində dövlət borcunun ÜDM-ə nisbəti 100 faizi ötüb və ABŞ iqtisadiyyatının real miqyasını geridə qoyub. FB əlavə edir ki, mövcud vəziyyət 1946-cı ildə ordunun tərxis edilməsi zamanı qeydə alınmış və 106 faiz təşkil edən tarixi rekorda olduqca yaxındır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər