“Maşının sürətlənməsi ilə yoldan çıxıb aşması arasında zaman olmadı” -Dilarə Əliyeva göz yaşı tökdü
Ekskluziv
3534
23 Jun 2023 | 15:54

“Maşının sürətlənməsi ilə yoldan çıxıb aşması arasında zaman olmadı” -Dilarə Əliyeva göz yaşı tökdü

“Qəza baş verən günü xatırlamaq istəmirəm. Mən Oqtayın son şəkillərinə belə baxa bilmirəm. Gənclik şəkillərimizə çox rahat baxıram. O ağrını pis yaşayıram. Nəzərə alsaq ki, özüm də hadisənin içində idim. Nə yaxşı ki, mən də onunla bərabər  o qəzanı yaşadım. Hesab edirəm ki, evimdə otura-otura, zəng edib mənə Oqtayın ölüm xəbərini desəydilər mən özümü günahkar hiss edərdim. Birgə getdik bu yolu. Axır saniyəyə qədər hər şey yaxşı idi. Lap kinolardakı kimi”.
 
Moderator.az xəbər verir ki, bunu “Astar” yutub layihəsinə açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib.
 
 
“Biz həmin günü heç bağa getməli deyildik. İsrarla bağa getdik. Bir gün əvvəl getmişdik, tonqal qalayıb, Novruz bayramını qeyd etmişdik. Həmin günü Oqtayın da işi çox idi. Ürəyi gedirdi bağ üçün. Birinci Mehribanı (Mehriban Zəki) gedib götürdü. Yolda gedirdik, deyib-gülüb, zarafat edirdik. Oqtay da çox gözəl maşın sürürdü. 3-4 dəqiqə idi ki, biz danışmırdıq, birdən baxdıq ki, maşın sürətləndi. Maşının sürətlənməsi ilə yoldan çıxıb aşması arasında zaman belə olmadı. Gözümü açdım, artıq qalanını bilirsiniz. Oqtayın yanına getmək istədim, qoymadılar. Mənə demədilər ki, Oqtay artıq həyatda yoxdur, dedilər ki, “yaxşı deyil”. O anda istəyirdim ki, məni balaca uşaq kimi aldatsınlar. Həmin vaxt aldanmaq istəyirdim. Mən danışıram, gedirəm, yoxdur falan, amma hərdən də fikirləşirəm ki, nə baş verdiyini axıra qədər anlamıram. Hərdən də deyirəm ki, bəlkə elə anlamamaq yaxşıdır”, - deyə əməkdar artist bildirib.
 
Aktrisa həyat yoldaşının ölümündən sonra onun yarım qalan arzularını həyata keçirəcəyini bildirib.
 
“Özümə söz vermişəm ki, toparlanacam. Fikirləşirəm ki, ən yaxşı və ən rahat yol, qapıları bağlayıb, olan-qalan nə var hamısının üstündən xətt çəkib, dərdimlə baş-başa qalmaq, ağlamaq istəmək daha asandır. Bunu edən insanlar elə bilirlər ki, yaxşı edirlər. Bu ən rahat çıxış yoludur. Ən çətini yarım qalan arzuları, işləri tamamlamaq, qalanlara sahib çıxmaq, sənə əmanət qoyduğu insanları qorumaqdır. Bu məndən güc istəyir. Bunları gördükcə güclənirəm. Hər dəfə bir işi gördükcə, elə bilirəm ki, bir dağı aşıram”, - deyə aktrisa bildirib.
 
 
Aktrisa qaynanası və qaynatasından da danışıb.
 
“Onlar üçün də çətindir. Hər gün səhər saat 7 də zəngləşib danışırıq. Elmira xanım məni yığır, mən onu yığıram. Bu bizim gündəlik rutinimizdir. Oqtay Elmira xanıma çox bənzəyirdi. İstər üz cigzilərindən, istərsə də xasiyyətindən. Elmira xanımla danışanda elə bilirəm ki, Oqtayla danışıram” - deyə sənətçi bildirib.
Link kopyalandı!
Son xəbərlər