Ekskluziv
2091
21 Jun 2023 | 14:43

"Bu süni texnogen fəlakət Rusiya tərəfindən şüurlu surətdə həyata keçirilən terror və ekoloji terror aktıdır..."

"İnsanların həlak olmasına səbəb Rusiya pasportları olmayanların təxliyyəsindən imtina edilməsidir..."
 
Budanov Kaxovka SES-in partladılması barədə iki "maraqlı" fakt gətirib və rusuyalıların edə biləcəyi "ən dəhşətli" nəsnəni açıqlayıb
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri general-mayor Kirill Budanov rusiyalıların Kaxovka SES-i şüurlu surətdə partladılmasının  yeni sübutlarını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Ukraynanın milli telemarafonunun efirində bəyan edib. Məlumatı "focus.ua" nəşri yayıb.
 
"Bu süni texnogen fəlakət Rusiya Federasiyası tərəfindən şüurlu surətdə həyata keçirilən terror aktı və ekoloji terror aktıdır. Bunun başqa cür olduğu barədə bütün şayiələr gerçəyə uyğun deyil", - Budanov vurğulayıb.
 
BKİ rəisinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları partlayışdan öncə Kaxovka SES-i tərk etmək əmri alıb.
 
"Deyiblər ki, tez bir zamanda toplaşıb bu ərazini tərk etmək lazımdır. Bu zaman həm də xüsusi təyinatlı qrup olub. Bundan sonra partlayış baş verib", - Budanov deyib və daha bir "maraqlı faktı" açıqlayıb.
 
"Rusiyanın işğalçı qoşun qruplaşmalarının SES yaxınlığında olan bütün bölmələrinin əslində bu aksiyadan xəbərləri olmayıb. Bu hadisə onlar üçün çox gözlənilməz olub", - Budanov əmin edib.
 
"Ən dəhşətlisi odur ki, bu müddət ərzində Zaporojye AES əlavə minalanıb, məhz soyuducu qurğu minalanıb. Əgər onlar onu partladıb sıradan çıxararlarsa, belə deyək, böyük ehtimalla, xeyli problemlər olacaq", - o, əlavə edib.
 
Xatırladaq ki, iyunun 6-da Kaxovka SES partladılıb, onlarla yaşayış məntəqəsi, o cümlədən Xersonu su basıb. İlkin məlumatlara görə, təkcə Xersonun sol sahilində yerləşən Oleşki şəhərində partlayış nəticəsində 500-dən artıq dinc sakin həlak olub.
 
"İnsanların həlak olmasına səbəb Rusiya pasportu olmayanların təxliyyə olunnağından imtina edilməsidir. Bütün beynəlxalq humanitar və adi insani normaları pozaraq, rusiyalılar yerli sakinləri ölümlə üz-üzə buraxıb", - Milli Müqavimət Mərkəzi bəyan edib.
Link kopyalandı!
Son xəbərlər