Ekskluziv
3776
20 May 2023 | 18:25

"Gürcüstan getdikcə Rusiya ilə yaxınlaşır və öz Avropa tərəfdaşlarından uzaqlaşır..."

 

"Biz ölkə əhalisinin mütləq əksəriyyətinin məqsədindən uzaqlaşırıq..."

"Bu qərar Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini çox çətinləşdirəcək..."

Gürcüstan Rusiya ilə əlaqələrin yaxşılaşdırılması ilə bağlı Qərbin təhdidlərini görməzdən gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "Грузия online" nəşri yazıb.

"Gürcüstan getdikcə Rusiya ilə yaxınlaşır, özünün Avropa tərəfdaşlarından uzaqlaşır və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla ziddiyyət təşkil edir".

Bunu "İqtisadi  siyasət tədqiqatlar Mərkəzinin baş tədqiqatçısı Qiqi Qiqiadze "Palitranyus" telekanalınım "Nyusrum" verilişində bəyan edib.

Onun sözlərinə görə, Rusiya əleyhinə sanksiyalar siyasətindən imtina və iki ölkə arasında birbaşa aviaəlaqə Tbilisinin və onun "avropalı tərəfdaşları" arasında münasibətlərin soyuqlaşmasını sübut edir.

Rusiya ilə aviaəlaqənin bərpası və vizasız rejiminin tətbiqi Gürcüstan gerçəkliyini, habelə Gürcüstana münasibətdə mövcud olan gerçəkliyi dəyişəcək.

"Beləliklə, biz bu ölkənin əhalisinin mütləq əksəriyyətinin məqsədindən uzaqlaşırıq. Bu, gerçəkliyi güclü şəkildə dəyişəcək və ölkəmizi başqa müstəviyə aparacaq.

Hesab edirəm ki, bu, bu ilin sonunda ən vacib qərarın-Gürcüstana Avropa İttifaqının üzvlüyünə namizədlik statusunun verilməsini çox çətinləşdirəcək.

Bu çox vacib dönəmdə belə qərarın qəbul edilməsi, bununla bağlı heç bir danışıq və müzakirənin aparılmaması, bunun Avropa tərəfdaşları ilə razılaşdırılmaması, düşünürəm ki, ölkəmizə böyük ziyan vurur.

Bu gün, bu konkret məqamda Avropanı və Qərbi ittiham və tənqid etmək, bu ritorika ilə Gürcüstan vətəndaşları ilə danışmaq, düşünürəm ki, növbəti dəfə cəmiyyədə çaşqınlıq yaratmaq cəhdidir", - Qiqiadze bəyan edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər