Ekskluziv
3713
07 Apr 2023 | 16:40

"ABŞ üzərinə Ukraynaya dəstək vermək və onun suverenliyini müdafiə etmək öhdəliyi götürüb"

"Krımın qaytarılması haqqında qərarı ukraynalılar özləri qəbul etməlidir..."
 
"Pentaqondan Ukraynanın əks-hücuma hazırlığı barədə məxfi məlumatlar sızıb..."
 
Blinken Ukraynanın əks-hücumunu anons edib
 
Ukrayna Silahlı Qüvvələri yaxın həftələrdə əks-hücuma başlayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Almaniyanın "Funke" mediaqrupuna müsahibəsində bəyan edib.
 
Bu zaman Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Vaşinqton Ukraynanın əməliyyatlarını dəstəkləyəcək.
 
"ABŞ bir çox başqa ölkələrlə birlikdə Ukraynanı dəstəkləmək və onun ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini müdafiə etmək öhdəliyi götürüb, - diplomat bəyan edib. - Buraya, ehtimal ki, yaxın həftələrdə başlayacaq əkshücum daxildir".
 
Blinken həmçinin qeyd edib ki, Krımın qayrarılması haqqında qərarı ukraynaılar özləri qəbul etməlidir.
 
"Ukrayna demokratiya deməkdir. Prezident Vladimir Zelenski ölkəyə rəhbərlik üçün məsuliyyət daşıyır. Lakin o, həmçinin ukraynalıların iradəsinə açıq olmalıdır", - Dövlət katibi əmindir.
 
Entoni Blinken vurğulayıb ki, Krıma hücum etməklə bağlı qərarı məhz Ukrayna qəbul etməlidir.
 
Əvvəllər məlumat verilib ki, Ukrayna prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa "Financial Times" beynəlxalq işgüzar qəzetə verdiyi müsahibəsində bəyan edib ki, Rusiya ilə Krım məsələsilə bağlı danışıqlar istisna edilmir. O, hesab edir ki, bu danışıqlar USQ yarımadanın sərhədlərinə çatanda başlaya bilər.
 
Bu arada isə bəlli olub ki, Pentaqondan Ukraynanın hücuma hazırlığı barədə məxfi məlumatlar sızıb.
 
"Facebook" və "Twitter" sosial şəbəkələrində Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əkshücumundan öncə gücləndirilməsi üzrə ABŞ və NATO-nun planları təsvir edilən məxfi sənədlərin şəkilləri yayılır.
 
Bu barədə "The New York Times" qəzeti ABŞ prezidenti administrasiyasındakı mənbələrə istinadən yazıb.
 
Sənədlər martın 1-nə aiddir. Orada hazırlanan hücumun tarixi və istiqaməti göstərilməyib, bununla belə, Rusiya tərəfinə "heç şübhəsiz, çoxsaylı cəzbedici ipucu verir".
 
O cümlədən "sızmış" materiallarda Ukraynanın hücuma nə qədər briqada planlaşdırdığı və USQ-nin nə qədər texnika alacağı barədə informasiya var.
 
Qəzetin sorğu keçirdiyi ekspertlər hesab edir ki, sənədlərin bir hissəsi qəsdən dəyişdirilib ki, "Kreml üçün dezinformasiya yayılsın". Bunu belə bir fakt sübut edir ki, şəkillərin birində Rusiyanın itkiləri 16-17 min, Ukraynanın itkiləri 71, 5 min nəfər həlak olanlar göstərilib.
 
Qəzet hesab edir ki, bu dəyərləndirmə həqiqətə uyğun deyil, çünki Pentaqon Rusiyanın ölən və yaralananların sayının 200 min, Ukraynanın 100 mindən artıq olduğunu bəyan edib.
 
Pentaqon "sızma" faktı ilə bağlı araşdırmaya başlayıb. ABŞ administrasiyası məxfi sənədlərin sosial şəbəkələrdən "kənar edilməsi üzərində işləyir", lakin hələ ki, uğur əldə etməyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər