Rüstəm Muradovun Xankəndindəki dostu vəzifəsindən azad edildi...xa0
Ekskluziv
4371
06 Apr 2023 | 09:02

Rüstəm Muradovun Xankəndindəki dostu vəzifəsindən azad edildi...xa0

Azərbaycan torpaqlarında müvəqqəti(!) yerləşmiş Rusiya "sülhməramlı"ları ilə separatçı-terrorçu rejimin əməkdaşlıq mərkəzinin rəhbəri, azərbaycanlılarla danışıqlar qrupunda da iştirak edən Sergey Martirosyan ötən gün tutduğu vəzifədən azad edilib.
 
Moderator.az xəbər verir ki, "Hraparak" nəşrinin yaydığı  məlumata görə,  S.Martirosyanın işdən çıxarılmasına səbəb qondarma "dövlət naziri" Qurgen Nersisyanla fikir ayrılığı olub. Nersisyanın şikayətləri olduğundan onu qanunsuz "təhlükəsizlik şurası" katibinin müavini vəzifəsinə endirmək qərarına gəliblər. Martirosyanı vəzifədən uzaqlaşdırmaqla faktiki olaraq onu Rusiya "sülhməramlı"ları ilə rəsmi əlaqədən və proseslərdə iştirak etmək imkanından məhrum ediblər.
 

Qeyd edilir ki, Sergey Martirosyan Xocalı canilərindən biri olan  Vitali Balasanyanın "təhlükəsizlik şurası"nın katibi işlədiyi dövrdə də "sülhməramlı"larla əlaqəli eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə Vitonun yanında olub. Balasanyan işdən çıxarıldıqdan sonra strukturun optimallaşdırılması nəticəsində bu idarə ayrılıb. Bundan başqa, o, Rusiya "sülhməramlı"larının sabiq komandanı, keçmiş sovet ordusunda birgə hərbi xidmət keçdikləri general Muradovla sıx əlaqədədir. S.  Martirosyanın oğlu 44 günlük müharibədə itkin düşənlər arasındadır.

Xatırladaq ki, martın 1-də Xocalıda Rusiya "sülhməramlı"larının vasitəçiliyi ilə Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə separatçı rejimin qondarma " təhlükəsizlik şurası"nın katibi Samvel Şahramanyanla yanaşı, "Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıq mərkəzi"nin direktoru, general Sergey Martirosyan da ermənilər tərəfdən "Azərbaycanla danışıqlar aparan şəxslər" təyin edilib. Hər iki şəxs Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib...

Sultan Laçın

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər