Marsda
6457
17 Sep 2022 | 19:53

Marsda "əsl xəzinə" tapıldı: Qırmızı planetdə həyat əlamətləri göründü - ŞOK TƏDQİQAT...

"Mars süxurlarında misli görünməmiş dərəcədə çoxlu miqdarda üzvi maddələr aşkar edilib..."
 
"2018-ci ildə Qırmızı planetdə üç milyard il öncə məskunlaşan varlıqların qalıqları aşkar edilib..."
 
ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Qırmızı planetdə  "Perseverans" Marsdagəzən aparat tərəfindən aparılan son tədqiqatlarının nəticələrini açıqlayıb.
 
Bu özüyeriyən aparat artıq bir neçə aydır ki, indiki Cezero kraterinin yamacı ilə axan və böyük gölə tökülən qədim çay deltasında süxur nümunələrini toplayır.
 
Moderator.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
 
Marsdagəzən aparat Mars süxurlarında görünməmiş dərəcədə çoxlu miqdarda üzvi maddələr aşkar edib. 
 
Konteynerlərə doldurulan və Yerə göndərilməsini gözləyən 12 nümunədə olan maddələr həyatın "tikinti blokları" ola bilər.
 
Bundan öncə Qırmızı planetdə artıq üzvi maddələr tapılıb. 
 
Marsdagəzən "Kyuriositi" aparatı 2013-cü ildə elə həmin Cezero kraterində belə birləşmələrin əlamətlərini aşkar edib, 
 
2018-ci ildə isə Qeyl kraterində, alimlərin güman etdiyi kimi, planetdə üç milyard il bundan qabaq məskunlaşan canlı varlıqların qalıqlarını aşkar edib.
 
Lakin Kaliforniya Texnoloji İnstitutunun "Əzmkarlıq" layihəsinin elmi əməkdaşı Ken Farlinin sözlərinə görə, "Perseverans"ın indiki tapıntıları üzvi maddələrin misli görünməmiş yüksək konsentrasiyasına malikdir. Bu, "əsl xəzinədir", alimlər belə hesab edir.
 
Fəqət, "Perseverans"ın məhz nəyi aşkar etdiyi barədə son nəticə nümunələr Yerə çatdırıldıqdan sonra bəlli olacaq.
 
Qırmızl planetdə Marsdagəzən aparatın ötən il başlanan missiyası qədim mikrob həyatı əlamətlərinin axtarışını, habelə Marsın geologiyası və iqliminin öyrənilməsini özündə ehtiva edir.
Link kopyalandı!
Son xəbərlər