"Gecə saat 3-də Heydər Əliyevin kabinetində yanan işığı yaralı zabitə göstərib dedim ki..."
Oxunub: 15361
09 May 2022 | 18:36

Sabah Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadın olmasının 99 illiyi tamam olur.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, əməkdar həkim və əməkdar idman xadimi general mayor Natiq Əliyev Heydər Əliyevlə bağlı xatirələrini Moderator.az əməkdaşı ilə bölüşüb:

 

"Ulu  Öndərlə bağlı hansısa fikir bildirmək, dahi şəxsiyyətin fəaliyyəti haqqında danışmaq çox çətindir. Onun Azərbaycan xalqına və dövlətinə xidməti o qədər böyükdür ki, onu bir neçə cümlə ilə ifadə etməyə sözün qüdrəti yetməz. Mən xoşbəxt və şanslı adamlardan biriyəm ki, Ulu Öndər Heydər Əliyevi yaxından tanımışam və onun xeyir-duası ilə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışam. Bütün ömrüm boyu fəxr etmişəm və bu gün də fəxr edirəm ki, bilavasitə onun rəhbərliyi və komandanlığı altına çalışmışam, həm Naxçıvanda, həm Bakıdakı xidmətim dövründə onun diqqət və qayğısını hiss etmişəm. Bütün həyatım və xidmətim dövründə də ona, onun parlaq ideyalarına və uzaqgörən yoluna sadiq olmuşam, son nəfəsimə qədər də Heydər Əliyev şəxsiyyətinə, Ulu Öndərin tükənməz irsinə sadiq qalacam.

İlk dəfə 1992-ci ilin aprel ayında Heydər Əliyevin çağırışı ilə Naxçıvan Ali Məclisində bir toplantı keçirilirdi. Ulu Öndər Naxçıvanda sovet ordusu sıralarında xidmət edən bir neçə zabiti Ali Məclisə dəvət etdi və yeni yaradılmaqda olan Azərbaycan ordu quruculuğundan, Naxçıvanı erməni işğalından xilas etmək üçün görüləcək işlərdən, Naxçıvan əhalisinin təhlükəsizliyi üçün planlarından danışdı. O, Naxçıvandakı sovet ordusu sıralarında xidmət edən naxçıvanlıları, o cümlədən Azərbaycanın digər bölgələrindən olan hərbçiləri yeni yaradılan milli ordu sıralarına daxil olmağa çağırdı. Mən Heydər Əliyevin çağırışına qoşulan ilk zabit oldum və 1992-ci ilin iyun ayının 27 də Ulu Öndər məni Naxçıvan hərbi qospitalının rəisi vəzifəsinə təyin etdi. Heydər Əliyev şəxsən qospiatala gələrək məni kollektivə təqdim etdi. Öz tapşırıqlarını, tövsiyyələrini verdi və arzularını dilə gətirdi. Təqdimatdan sonra demək olar ki, qospitaldakı yaralılarla və xəstələrlə bir bir görüşərək onların ehtiyaclarını, arzularını dinlədi, hamısının qısa zamanda həlli üçün müvafiq tapşırqlarını verdi. Naxçıvan qospitalının rəisi kimi çalışdığım bütün dövrdə Ulu Öndərin gündəlik qayğısını və dəstəyini hiss etdim, əlindən gələni edirdi ki, qospitaldakı bütün çatızmazlıqlar aradan qaldırılsın, yaralıların hamısı sağalaraq ayağa qalxsın. O qısa zamanda qospitalın tibbi avadanlıqlarla və dərman preparatları ilə təchizatına çox böyük dəstək göstərdi. Ümumiyyətlə qospitalın maddi-texniki təminatının möhkəmlənməsi, xəstə və yaralılara yüksək dərəcədə tibbi xidmət göstərilməsi üçün mümkün olan və olmayan hər şeyi edirdi. Qospitaldakı durum və xəstələrin taleyi barədə gündəlik Heydər Əliyevə məruzə olunurdu. Hətta gecədən xeyli keçmiş olsa belə, qospitala gətirilən yaralı haqqında ona məruzə edilməli idi və o həmin yaralının xilas edilməsi üçün bizə qəti tapşırıqlarını verirdi. Bir faktı demək istəyirəm. Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl Naxçıvan Ali Məclisinə 2 ədəd tam komplektləşdirilmiş təcili tibbi yardım maşını hədiyyə etmişdi. Naxçıvandakı digər qurumlar da həmin maşınların onların sərəncamlarına verilməsi üçün çalışırdılar. Amma Ulu Öndər hər iki təcili tibbi yardım maşınını Naxçıvan hərbi qospitalına verilməsini tapşırdı. Həmin avtomobillərlə onlarla yaralını vaxtında səngərlərdən, postlardan təxliyyə edərək hərbi tibb müəssisələrinə, qospitala çatdıraraq onları ölümün pəncəsindən xilas edə bildik. Bir faktı da deyim. Bilirsiniz ki, Naxçıvan 3 tərəfdən Ermənistanla sərhəddir. O vaxtlar erməni silahlı qüvvələri Naxçıvan üzərinə intensiv hücuma keçir, hər gün müftəlif təxribatlar törədirdilər. Növbəti erməni təxribatlarının birində əslən Bakıdan olan bir zabit Ordubad istiqamətində ağır yaralanmışdı və qospitalın rəisi olmağıma baxmayaraq təxliyyədə şəxsən iştirak etdim və yaralını qısa zamanda çıxararaq qospitala gətirdik. Qışın oğlan çağı idi və Naxçıvanda 30 dərəcəyə yaxın şaxta vardı. Gecə yaralını təcili yardım maşını ilə qospiatala çatdıranda Ali Məclisin binasının yanından keçərkən Heydər Əliyevin kabinetinin işıqlarının yandığını gördük. Gecə saat 3 radələri idi. Zabit ağır yaralı olsa da huşunu itirməmişdi və daim deyirdi ki, mən əsgərlərimi postda qoyub gəlməməliydim, orda qalıb döyüşərək ölsəm daha doğru olardı. Mən Ulu Öndərin kabinetinin işığını həmin zabitə göstərərək dedim ki, sən narahat olma, Naxçıvan da, naxçıvanlılar da, orda döyüşən bütün hərbçilərin təhlükəsizliyi də əmin əllərdədir. Heydər Əliyev burdadırsa, kimsənin Naxçıvanın sərhədlərinə soxulmasına cəsarəti çatmaz. Mənim bu sözlərim deyəsən yerinə düşmüşdü və zabit xeyli sakitləşdi. Biz dərhal onu əməliyyata götürdük və xilas edə bildik. Bir neçə gündən sonra o yenidən əsgərlərinin yanına qayıtdı. Bir faktı da demək yerinə düşərdi. İnanın ki, həmin çətin dönəmlərdə sadə naxçıvanlılar hansı məhrumiyyətlərlə  üzləşirdisə, Heydər Əliyev də onlar kimi yaşayırdı. Naxçıvanda çörək çatızmazlığı vardı, bəlkə də elə günlər olub ki, o da ac qalıb, susuz, işıqsız qalıb. Naxçıvanda ən ağır problemlərdən biri elektrik enerjisinin, istiliyin olmaması idi. Heydər Əliyev Ali Məclisdəki kabinetində bəzən mənfi temperaturlarda belə, sutkanın 17-18 saatı fasiləsiz işləyirdi. Təsəvvür edin ki, Ali Məclisə bir işıq generatoru verilmişdi. O həmin generatoru Naxçıvandakı uşaq evinə verilməsinə göstəriş verdi. Heydər Əliyev nəinki Naxçıvanı erməni işğalından xilas etdi, o, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Azərbaycanın ən sağlam və nizami ordusunu ilk dəfə yaradan məhz Ulu Öndər olub və Naxçılvanı məhz onun  saysəində işğaldan xilas etmək mümkün oldu. Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda Naxçıvanda elə bir güclü ordu yarandı ki, ermənilər həmin istiqamətdə işğala nail ola bilməyəcəklərini anladılar. 

Onu da əlavə edim ki, Naxçıvanın blokadada olması azmış kimi həmin dövrdəki Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən də Naxçıvana çox qısqanc, qərəzli münasibət vardı. Vəziyyətin dözülməz olduğunu görərək Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Türkiyənin Ərzurum xəstəxanası ilə çox güclü əlaqələr qurmağa nail ola bildik. Çünki Naxçıvanın Bakı ilə əlaqəsi ancaq təyyarələr vasitəsi ilə idi. Havanın əlverişsiz olması səbəbindən bəzən günlərlə, həftələrlə Bakı ilə əlaqə saxlamaq olmurdu. Amma Naxçıvanda güclü döyüşlər gedirdi və bəzən elə olurdu ki, bir gündə 25-30 ağır yaralı gətirlirdi qospiatala. Bəzən yaralılara lazımı qaydada kömək etmək çətinlik törədirdi və ya mümkün olmurdu, o zaman Ulu Öndərin tapşırığı ilə Ərzurumda marşal Fevzi Çaxmaq adına xəstəxana arasında qardaşlaşma təmin olundu, biz ağır yaralılarımızı Ərzuruma təxliyyə edə bildik. Təsəvvür edin ki, işinin gərginliyinə baxmayaraq Heydər Əliyev vaxt taparaq Ərzuruma gələrək xəstələrimizi ziyarət etdi, onlara misligörünməmiş moral verdi. Bir sözlə, Heydər Əliyev kimi dahi şəxsiyyətlər yüz ildə bir dəfə yetişə bilər və hətta mən onu yalnız bu xalqın xilaskarı kimi deyil, peyğəmbər kimi qəbul edirəm. Dünya durduqca heydər Əliyevin əziz xatirəsi milyonların qəlbində yaşayacaq, hamı onu sonsuz ehtiram və rəhmətlə xatırlayacaq". 

Oxşar xəbərlər
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"