Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
"Ermənistanın Aİ-yə inteqrasiyası, hətta şaxələndirmə adı altında olsa belə, ayrı-ayrı xadimlər bunun belə olmadığını nə qədər iddia etsələr də, AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq", - o deyib.
Onun sözlərinə görə, Moskva bu cür seçimin nəticələrini maliyyələşdirmək niyyətində deyil.
"Açıq demək istəyirəm - biz nə Ermənistanın Aİ ilə əlaqələrinin genişlənməsini, nə avrostandartlara keçidin yumşaldılmasını, nə də bundan sonra yaranacaq iqtisadi böhrandan çıxışı maliyyələşdirməyəcəyik", - Şoyqu bildirib.