Donald Tramp Türkiyəyə gedir
Dünya
301
17:47, Bu gün

Donald Tramp Türkiyəyə gedir

ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitində iştirak etmək niyyətindədir.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Tramp iştirak planlarını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı açıqlayıb.

"Prezident Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefonla danışıb və hər söhbət zamanı Amerika lideri sammitdə iştirak etmək niyyətini təsdiqləyib", - deyə nazir bildirib.

Hakan Fidan, həmçinin bildirib ki, siyasi ritorikaya baxmayaraq, Tramp NATO-ya sadiq qalır.

Xatırladaq ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər