Dünya
234
11:43, Bu gün

"Qiyamət buzlağı"nın əriməsi nəticəsində altı ölkə xəritədən silinə bilər

Dünyanın ən böyük qütb kütləsi olan və "Qiyamət buzlağı" kimi tanınan Tveys buzlağının Antarktidadan ayrılması baş verərsə, altı dövlət daha ciddi fəsadlarla üzləşə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.
 
Bildirilir ki, buzlağın sonrakı ərimə prosesi ən çox Böyük Britaniya, Niderland, ABŞ, Banqladeş, Tuvalu və Maldiv adalarına mənfi təsir göstərəcək. Nəhəng donmuş kütlənin materikdən ayrılması nəticəsində qeyd olunan ölkələrin bəzi şəhərləri, o cümlədən bütöv adalar su altında qalma riski daşıyır.
 
Tveys buzlağı Qərbi Antarktida buz təbəqəsinin mühüm bir hissəsi olmaqla bərabər okeanla dünyada ən uzun təmas xəttinə (təxminən 120 km) malikdir. Amundsen dənizində yerləşən bu böyük buz parçasının sahəsi təqribən 192 km2 təşkil edir. Bu göstərici Böyük Britaniya adasının sahəsindən (təqribən 209 min km2) bir qədər azdır.
 
Bunlardan əlavə, "Qiyamət buzlağı" bütün Qərbi Antarktida buz təbəqəsinin dağılmasının qarşısını alan bir növ "tıxac" rolunu oynayır. Onun məhv olması nəticəsində ümumi buz örtüyünün mühüm bir hissəsi çökə bilər ki, bu proses də Dünya okeanı səviyyəsinin 3.3 metr yüksəlməsinə gətirib çıxaracaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər