ABŞ-də dəhşətli atışma: Yeddi nəfər öldü
Dünya
279
09:06, Bu gün

ABŞ-də dəhşətli atışma: Yeddi nəfər öldü

ABŞ-nin Ayova ştatının Maskatin şəhərində baş verən silahlı hücum nəticəsində şübhəli şəxs özü də daxil olmaqla, ən azı yeddi nəfər ölüb.
 
Moderator.az xəbər verir ki, "ABC News" bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
 
Bildirilib ki, hadisə ailədaxili münaqişə zəminində baş verib.
 
"İlkin məlumatlar atışmanın məişət münaqişəsi nəticəsində törədildiyini göstərir. Bütün zərərçəkmişlərin ölən şübhəlinin qohumları olduğu güman edilir", - deyə rəsmi açıqlamada qeyd olunub.
 
Polisin açıqlamasına görə, yerli vaxtla saat 12:12 asayiş keşikçiləri atışma barədə siqnal alıblar və hadisə yerinə çatdıqda dörd nəfərin cəsədini aşkar ediblər. Qətldə şübhəli bilinən şəxsin 52 yaşlı Rayan Makfarland olduğu müəyyənləşib. O, cinayət yerindən qaçmağa müvəffəq olsa da, bir müddət sonra çay sahilində odlu silah yarası ilə ölü tapılıb. Ehtimal olunur ki, o, özünə qəsd edib. Daha sonra polis cinayətkarın digər qurbanları ola biləcəyi ehtimal edilən əlavə iki nəfərin də cəsədini tapıb. Hazırda istintaq orqanları araşdırma aparır və baş vermiş qanlı hadisənin dəqiq səbəblərini müəyyənləşdirirlər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər