İran Livanla münaqişə kəskinləşəcəyi təqdirdə İsrailin şimalına zərbə endirəcək
Dünya
166
01 Jun 2026 | 23:20

İran Livanla münaqişə kəskinləşəcəyi təqdirdə İsrailin şimalına zərbə endirəcək

İran Livan ətrafında gərginliyin artması fonunda baş verə biləcək hücum ərəfəsində İsrailin şimal bölgələrinin sakinlərini təxliyə olunmağa çağırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahiyə istinadən "Tasnim" agentliyi xəbər verir.

Onun sözlərinə görə, İsrail ordusu Livan ərazilərini bombalamağa davam edərsə, İran Silahlı Qüvvələri İsrailin şimal rayonlarına zərbə endirəcək.

"Şimal rayonlarının və hərbi yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq edirik ki, zərər çəkmək istəmirlərsə, bu əraziləri tərk etməlidirlər", - Abdullahi bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər