Tramp:
Dünya
216
01 Jun 2026 | 22:20

Tramp: "Netanyahu və "Hizbullah"la Livanda atəşkəsə dair razılığa gəldim"

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və "Hizbullah" hərəkatının rəhbərliyi ilə Livanda atəşkəs barədə razılığa gəldiyini bəyan edib.

Moderator.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasındakı səhifəsində yazıb.

"Baş nazir Bibi Netanyahu ilə çox məhsuldar söhbətim oldu. İsrail qoşunları Beyruta göndərilməyəcək. Oraya getməkdə olan bütün qoşunlar isə artıq geri qaytarılıb. Eyni şəkildə, yüksəkrütbəli nümayəndələr vasitəsilə "Hizbullah"la da çox yaxşı danışığım oldu və onlar bütün atəşin dayandırılmasına razılıq verdilər. İsraillilər onlara hücum etməyəcək, onlar da İsrailə hücum etməyəcəklər", - deyə Tramp vurğulayıb.

Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır.

Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər