Dünya
203
28 May 2026 | 23:41

"Tasnim": İran və ABŞ arasında memorandum hələ razılaşdırılmayıb

İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsi hələ də razılaşdırılmayıb və təsdiq edilməyib.

Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar komandasına yaxın mənbəyə istinadən məlumat yayıb.

"Bəzi qərb mənbələrinin İran və ABŞ arasında sözdə anlaşma memorandumunun mətninin yekun olaraq təsdiq edildiyini və elanını gözlədiyini iddia etməsi həqiqətə uyğun deyil. İran hələ vasitəçi Pakistana mətnin yekun təsdiqini elan etməyib", - mənbə qeyd edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər